Lökbatandakı yanğın nəzarətə götürülüb, 2 helikopter cəlb olunub

Lökbatandakı yanğın nəzarətə götürülüb, 2 helikopter cəlb olunub
SOSİAL
10:49 12.05.2026
159
Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin 190 nəfər şəxsi heyəti, 40-a yaxın texnikası və 2 helikopter cəlb edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, Qaradağ rayonu ərazisində anbarda yanğın baş verməsi ilə bağlı məlumat FHN-in "112" qaynar xəttinə məlumat daxil olub:

"FHN-in qüvvələri məlumatla əlaqədər əraziyə cəlb olunub. Yanğının anbar ərazisində baş verməsi, hava şəraitinin küləkli olması mükəbbələşdirib. Hazırda yanğın söndürülməsi işləri davam etdirilir. Yanğına bitişik olan digər anbarlar yanğından mühafizə olunub".

OXŞAR XƏBƏRLƏR