‘Ölkəmizin Ermənistana silah satmaq niyyəti yoxdur’

‘Ölkəmizin Ermənistana silah satmaq niyyəti yoxdur’
Bütün Xəbərlər
12:49 10.04.2013
873

Diana Qravenaru: “Müdafiə naziri bu mövqeyini Azərbaycan səfiri ilə görüşdə də açıqlayıb”

“Moldova Respublikası Ermənistana silah satmaq niyyətində deyil”. Bunu APA-ya açıqlamasında Moldova Müdafiə Nazirliyinin mətbuat katibi Diana Qravenaru bildirib.

Onun sözlərinə görə, Moldovanın müdafiə naziri Vitalie Marinutsa bu mövqeyi Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevlə işgüzar görüşündə bir daha diqqətə çatdırıb.

Moldova Müdafiə Nazirliyinin rəsmi açıqlamasından aydın olur ki, bu ölkə Ermənistana silah satmağa hazırlaşmır və əvvəl imzalanmış sazişin yerinə yetirilməsi dayandırılıb. Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevlə görüşündə Moldovanın müdafiə naziri Vitalie Marinutsa bildirib ki, son vaxtlar müxalifət mətbuatında yayılan məlumatlar həqiqətəuyğun deyil və ölkədəki vəziyyəti, eləcə də Azərbaycan-Moldova münasibətlərini gərginləşdirməyə yönəlib.

“Moldova Respublikasının rəhbərliyi Milli Ordunun aktivləri ilə ticarəti dayandırmaq qərarına gəlib. Bu yekun qərardır və yenidən baxıla bilməz” - deyə nazir qeyd edib.

OXŞAR XƏBƏRLƏR