Ülkü Hilal Çiftçi məşhur filmdə rol alacaq

Ülkü Hilal Çiftçi məşhur filmdə rol alacaq
MAQAZİN
10:36 01.07.2026
254
Türkiyənin məşhur "Aşk Tesadüfleri Sever" filminin üçüncü hissəsinin çəkilişlərinə 7 iyul tarixində start veriləcək.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin baş rollarında Mehmet Günsür və Devrim Özkan çəkiləcək.

Çəkilişlərin avqustun 10-da başa çatdırılması, filmin isə 20 noyabr tarixində kinoteatrlarda nümayişə çıxması planlaşdırılır.

Filmdə diqqətçəkən məqamlardan biri də Ülkü Hilal Çiftçinin "İnci" obrazını canlandıracaq olmasıdır. "İnci" obrazının yaşlı dövrünə isə Ayda Aksel həyat verəcək.

Layihədə həmçinin Belçim Bilgin, Zuhal Olcay, Uğur Polat, Bennu Yıldırımlar, Hüseyin Avni Danyal və digər tanınmış aktyorlar da rol alırlar.
OXŞAR XƏBƏRLƏR