Müdafiə Nazirliyi: "Hərbi hissədə baş verən faciə düşməni fəallaşdırıb"

Bütün Xəbərlər
11:33 22.02.2011
1547

"Hərbi hissəmizdə baş verən məlum faciə düşməni fəallaşdırıb. O, bundan öz məqsədləri üçün istifadə etməyə çalışır.  Azərbaycan Respublikası Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlunun bu gün yayılan açıqlamasında belə deyilir.. 


Açıqlamada bildirilir ki, dünən və bu gün Ermənistan silahlı bölmələrinin aramsız olaraq atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, biri isə yaralanıb. 

E.Sabiroğlu təmas xəttində yaratdığı gərgin vəziyyəti öz üzərindən yayındırmaq üçün düşmənin qəsdən günahı Azərbaycanın üzərinə yıxmağa cəhd göstərdiyini qeyd edib: "Üstəlik, onsuz da bizim üçün son dərəcə üzücü olan əsgərlərimizin itkisini də şişirdilmiş formada təbliğ etməyə çalışırlar. Guya ki, ölənlərdən başqa daha 6 nəfər ağır yaralı var. Bunlar tamamilə yalandır. Azərbaycanın Müdafiə Nazirliyi və Hərbi Prokurorluğu birlikdə yaydıqları məlumatda hər şeyi olduğu kimi açıqlayıblar. Düşmənin seçimi məlumdur, bunu nəyə görə hesabladığı da sirr deyil. Ermənistanın kütləvi informasiya vasitələrində bu yalanların və uydurmaların özünə geniş yer tapması məhz həmin ölkənin Müdafiə Nazirliyinin sifarişi ilə həyata keçirilir. Onlar əgər belə çürük toxumlarla nəyinsə cücərəcəyinə inanırlarsa kökündən yanılırlar". 

Xatırladaq ki, fevralın 20-də saat 9.40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Hadisə zəminində Quliyev Naib Fəxrəddin oğlu (1992 Beyləqan RHK 04.2010), Cavadzadə Cavid Vəkil oğlu (1991 Mingəçevir RHK 01.2010), Suanverdiyev Nurlan Radfel oğlu (1991 Ağdam RHK 04.2010), Xocberov Ramazan Abdulla oğlu (1992 Balakən RHK 04.2010), Kərimov Əfqan Yaşar oğlu (1991 Balakən RHK 10.2009), Hüseynov Əhməd Əhmədalı oğlu (1992 Ağcabədi RHK 01.2010), Quliyev Zakir Etibar oğlu (1991 Yasamal RHK 01.2010) dünyalarını dəyişiblər. 

Ağır cinayət hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

//Ans Press

OXŞAR XƏBƏRLƏR