Məşhur basketbolçu sevincindən öldü

İDMAN
09:46 05.03.2011
2067

 

Miçiqan ştatının iki kollecinin komandaların görüşü basketbolçunun ölümünə səbəb olub. Bu, Fenvilli kollecinin komandasında oynayan Ues Leonard olub. 

O, Brayqdmendən olan rəqibləri ilə oyunda komandasına qələbə qazandıran atışı edəndən sonda dünyasını dəyişib.

Hesabı 57:55 edən Ues qələbəni bayram edərkən, meydançaya yıxılıb, özünü pis hiss edib. Köməyə gələn həkimlər ona süni nəfəs verib, ardından təcili yardım maşını ilə xəstəxanaya aparıblar. Ancaq basketbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu, həmin kollecdə ilk belə ölüm halı deyil. Buna qədər ötən ilin yanvarında güləşlə məşğul olan 14 yaşlı məktəbli döyüşlərin birindən sonra ürək tutması nəticəsində ölüb.

OXŞAR XƏBƏRLƏR