Magistraturada keçid balı artacaq ixtisaslar - kimlərin şansı çoxdur?

Magistraturada keçid balı artacaq ixtisaslar - kimlərin şansı çoxdur?
SOSİAL
21:26 07.05.2026
634
Magistraturaya qəbul üzrə ikinci cəhd imtahanı may ayının 17-də keçiriləcək. Bakalavrlar arasında ən çox maraq doğuran məsələlərdən biri də ixtisaslar üzrə keçid ballarının necə dəyişəcəyidir. Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün ümumilikdə  23078 bakalavr qeydiyyatdan keçib.

Bu il magistratura üzrə hansı ixtisaslarda keçid ballarının artacağı, hansılarda isə azalacağı gözlənilir? 

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, bu il magistraturaya qəbul müsabiqəsi həm gərgin, həm də rəqabətli olacaq:

"Dövlət İmtahan Mərkəzi tərəfindən 17 may tarixində magistraturaya ikinci cəhd imtahanı keçiriləcək və burada 23 mindən çox bakalavrın iştirakı gözlənilir. Bu göstərici son illərdə qeydə alınan ən yüksək rəqəm hesab olunur. Ötən illə müqayisədə müsabiqəyə təxminən 3000-dən çox bakalavrın daha artıq qatılması müşahidə edilir. Ümumilikdə həm birinci, həm də ikinci cəhd üzrə magistraturaya sənəd verənlərin sayında əvvəlki illərlə müqayisədə ciddi artım qeydə alınıb. Bu isə cari ildə magistratura qəbul müsabiqəsinin daha gərgin və yüksək rəqabətli keçəcəyindən xəbər verir".

Əsas rəqabətin 45-70 bal aralığında formalaşacağı gözlənilir və bu, xüsusilə MBA proqramları üzrə keçid ballarında artıma səbəb ola bilər:

"Nəticələr baxımından isə birinci cəhddə iştirak edən bakalavrların bir qismi ikinci cəhdə də qatılır və onların təxminən 3 aylıq hazırlıq dövrü olur. Bu müddət ərzində iştirakçılar əvvəlki imtahanda yol verdikləri səhvləri aradan qaldırmağa çalışırlar. Düşünürəm ki, bu amil ikinci cəhddə nəticələrin bir qədər də yaxşılaşmasına gətirib çıxara bilər. Eyni zamanda həmin dəyişiklik ümumi ixtisaslar üzrə formalaşan keçid ballarına da təsirsiz ötüşməyəcək.

Ümumi gözləntim ondan ibarətdir ki, əsas sıxlıq 45-70 bal aralığında olacaq. Daha doğrusu, imtahan verən bakalavr kontingentinin böyük hissəsi bu bal intervalında cəmləşəcək. Bu isə həmin bal aralığında ötən illərdə formalaşmış ixtisasların keçid ballarında artım istiqamətində dəyişikliklərə səbəb ola bilər.

Xüsusilə MBA proqramı ixtisaslarında və digər bəzi proqramlarda ötən illərlə müqayisədə ballarda müəyyən artım müşahidə oluna bilər. 70 baldan yuxarı nəticə göstərən bakalavrlar isə daha şanslıdırlar. Çünki onların real qəbul şansı digər bakalavrlarla müqayisədə daha yüksək olacaq.

Bakalavrlar seçim zamanı, təbii ki, daha çox əmək bazarında tələbat olan ixtisasları nəzərə almalıdırlar. Əgər məqsədləri öz ixtisaslarını davam etdirmək və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaqdırsa, mütləq hansı universitetdə həmin sahə üzrə daha keyfiyyətli təhsil verildiyinə diqqət yetirməlidirlər. Bu amillər düzgün qiymətləndirildiyi halda, onların daha uğurlu nəticə əldə etməsinə ciddi şəkildə töhfə verə bilər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi