00:19 çərşənbə Axşamı, 15 Oktyabr 2019
İDMAN

Mahir APOEL-lə oyunda meydana çıxa biləcək?

19:05, 07.10.20199651
Mahir APOEL-lə oyunda meydana çıxa biləcək?

Azərbaycan Premyer Liqasının VII turunda "Sabah”la keçirilən qarşılaşmada zədələnən "Qarabağ"ın hücumçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.

AZXEBER.COM-un klubun rəsmi saytına istinadən məlumatına görə, gənc oyunçu bu gün tibbi müayinədən keçib.

Milli komandamızın üzvünün ayaq bağlarında dartınma olduğu aşkarlanıb. Onun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə o deməkdi ki, Emreli Avropa Liqasının qrup mərhələsində APOEL-lə oktyabrın 24-də keçiriləcək matça yetişə bilər.

 

Qeyd edək ki, "Qarabağ" - "Sabah" oyunu ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏR LENTİ