Maliyyə şansı qapını döyür: Həftənin ən uğurlu bürcləri

Maliyyə şansı qapını döyür: Həftənin ən uğurlu bürcləri
MARAQLI
10:11 25.05.2026
381
Yeni həftə bəzi bürclər üçün xüsusilə maliyyə baxımından uğurlu görünür. Gözlənilməz qazanc, yeni iş imkanları və borcların bağlanması kimi mövzular ön plana çıxacaq.

AZXEBER.COM yeni həftənin ən şanslı bürclərini təqdim edir:

Buğa

Maddi məsələlərdə rahatlama hiss edəcəksiniz. Uzun müddətdir gözlədiyiniz bir ödəniş və ya qazanc əldə oluna bilər. İş həyatında yeni təkliflər də mümkündür.

Qız

Planlı hərəkət etdiyiniz üçün maliyyə uğuru sizi tapacaq. Xərcləri düzgün idarə etməyiniz əlavə qazanc gətirə bilər. Yeni əməkdaşlıqlar faydalı olacaq.

Əqrəb

Bu həftə risk etdiyiniz mövzularda şans sizin tərəfinizdədir. Gəlirlərin artması və əlavə qazanc imkanları görünür. Ancaq emosional alış-verişdən uzaq olun.

Oğlaq

Karyera və pul məsələlərində yüksəliş dövrüdür. Rəhbərlikdən dəstək görmək və maaşla bağlı müsbət xəbər almaq ehtimalı yüksəkdir.

Dolça

Yaradıcı ideyalarınız maddi qazanca çevrilə bilər. Sosial çevrədən gələn təkliflər diqqətinizi çəkəcək. Online işlər və media sahəsində uğur mümkündür.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR