"Mançester Siti"inin futbolçusu ilin ən yaxşı pleymeykeri seçildi

İDMAN
19:59 29.11.2021
205
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kevin De Brüyne 2021-ci ilin ən yaxşı pleymeykeri seçilib.

Belçika millisinin yarımmüdafiəçisi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada yiyələnib.

30 yaşlı oyunçu 160 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina yığmasının və Fransa PSJ-sinin hücumçusu Lionel Messi 105 xalla 2-ci olub. İngiltərənin "Mançester Yunayted" klubundan Brunu Fernandeş və Almaniya "Bavariya"sından Tomas Müller hərəyə 15 xalla 3 - 4-cü yerləri bölüşdürürlər.

OXŞAR XƏBƏRLƏR