"Mançester Yunayted" yeni baş məşqçisini açıqladı

"Mançester Yunayted" yeni baş məşqçisini açıqladı
İDMAN
19:15 29.11.2021
409
İngiltərənin "Mançester Yunayted" klubu yeni baş məşqçisini açıqlayıb.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Ralf Ranqnikə tapşırılıb.

63 yaşlı almaniyalı mütəxəssis bu postda Ule Qunnar Sulşeri əvəzləyib. Onunla işçi vizası əldə etməsi şərti ilə mövsümün sonunadək müqavilə imzalanıb. Bu dövr bitdikdən sonra tərəflər Ranqnikin daha il məsləhətçi kimi fəaliyyət göstərməsinə razılaşıblar.

Qeyd edək ki, Ralf Ranqnik son olaraq Rusiyanın "Lokomotiv" (Moskva) klubunda məsləhətçi vəzifəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR