"Mançester Yunayted" yeni transferini açıqladı

"Mançester Yunayted" yeni transferini açıqladı
İDMAN
19:28 23.07.2021
1290
İngiltərənin "Mançester Yunayted" klubu yeni transferini təqdim edib.

"Qırmızı şeytanlar" Almaniyanın "Borussiya" (Dortmund) klubundan Ceydon Sonçunu heyətinə qatdığını açıqlayıb.

İngiltərə təmsilçisi 21 yaşlı oyunçu üçün qarşı tərəfə 85 milyon avro ödəyib. Onunla 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ceydon Sonçu 2020/2021 mövsümündə "Borussiya"da 38 oyuna çıxıb, 16 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR