“Marsol”un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO

“Marsol”un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
İQTİSADİYYAT
19:11 31.10.2026
224
30 oktyabr tarixində İşgüzar Quba–Şabran səfəri çərçivəsində Marsol Group üzvü olan sahibkarlar və region sahibkarlarının iştirakı ilə Quba rayonunda "İşgüzar Səhər Yeməyi” təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, görüşdə həmçinin, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Şahin İsrafilov da iştirak edib. Görüş zamanı çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev işgüzar səfərin məqsədi, Marsol Group-un fəaliyyəti və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. O, xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarların vahid biznes platformasında bir araya gəlməsinin, qarşılıqlı təcrübə mübadiləsinin və yeni tərəfdaşlıqların qurulmasının əhəmiyyətini vurğulayıb.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin İsrafilov isə çıxışında Quba rayonunun iqtisadi potensialı, sahibkarlığın inkişafı istiqamətində görülən işlər və biznes subyektləri üçün yaradılan imkanlar haqqında danışıb. O, regionda iqtisadi fəallığın artırılması və sahibkarların fəaliyyətinin genişləndirilməsi baxımından bu kimi təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşün davamında iştirakçılar öz şirkətlərinin fəaliyyəti və təmsil etdikləri sahələr barədə məlumat verərək qarşılıqlı tanışlıq imkanı əldə ediblər. Səmimi və işgüzar mühitdə keçən müzakirələr zamanı sahibkarlar arasında potensial əməkdaşlıq istiqamətləri də diqqət mərkəzində olub.

Görüş paytaxt və region sahibkarları arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və gələcək biznes əməkdaşlıqları üçün yeni imkanların yaranması baxımından əhəmiyyət daşıyıb.
 











OXŞAR XƏBƏRLƏR