Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın söndürülüb.
Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində yanğın genişlənməsinə, həmçinin ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.