Mauro İkardinin yeni ünvanı bəlli olur

Mauro İkardinin yeni ünvanı bəlli olur
İDMAN
00:41 15.09.2026
182
"Qalatasaray"dan ayrıldıqdan sonra klubsuz qalan Mauro İkardi karyerasını Yunanıstanda davam etdirə bilər.

AZXEBER.COM Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı argentinalı hücumçunun "Olimpiakos"un maraq dairəsində olduğu bildirilir.

Hazırda tərəflər arasında danışıqların davam etdiyi qeyd olunur. Yunanıstan klubu İkardini maliyyə şərtlərinə razı sala bilsə, onunla 1+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, İkardi karyerası ərzində "Sampdoriya", "İnter", PSJ və "Qalatasaray"ın formasını geyinib.
OXŞAR XƏBƏRLƏR