Mebel sənayesi ilə bağlı 9 milli standart layihəsi hazırlanacaq
Bütün Xəbərlər
17:42 04.10.2012
905
Standartlaşdırma sahəsində aparılan işlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən "Mebel sənayesi məhsulları"nın standartlaşdırılması üzrə Texniki Komitə (TK 14) yaradılıb. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, əmrə əsasən Texniki Komitənin Əsasnaməsi, strukturu, üzv təşkilatların siyahısı və 2012-ci il üçün Fəaliyyət Planı təsdiq edilib.Texniki Komitənin fəaliyyətinin məqsədi məişət, ofis mebeli və ağac materialları sahələrində milli və beynəlxalq standartlaşdırma istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasından ibarətdir.