Mədəniyyət Nazirliyi İranə Tağızadənin ölümü ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi İranə Tağızadənin ölümü ilə bağlı nekroloq yaydı
MƏDƏNİYYƏT
13:32 09.04.2023
643

Mədəniyyət Nazirliyi Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tağızadənin ölümü ilə bağlı nekroloq yayıb.

AZXEBER.COM xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə, ölkəmizin teatr ictimaiyyətinə ağır itki üz verib. Görkəmli rejissor, Xalq artisti, Prezident təqaüdçüsü İranə Tağızadə 66 yaşında vəfat edib.

İranə Tofiq qızı Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1976-1981-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb.

Bu sənət ocağında çalışdığı müddətdə İ.Tağızadə F.Dostoyevskinin "Karamazov qardaşları”, U.Şekspirin "On ikinci gecə”, T.Uilyamsın "Arzu tramvayı”, Elçinin "Artistin taleyi”, "Teleskop, ya yuxuda və reallıqda uçuşlar”, M.Kamolettinin "Ah, bu Anna”, A.Puşkinin "Çar Saltanın nağılı”, R.Şartın "Mənim arvadımın adı Morisdir” və s. bu kimi tamaşalara quruluş verib.

Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı Elçinin "Sənətkarın taleyi” quruluşu tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Teatr sahəsindəki xidmətlərinə görə o, 2008-ci ildə Əməkdar incəsənət xadimi, 2013-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Qeyd edək ki, İrana Tağızadə rejissor Tofiq Tağızadənin qızı, aktyor Firdovsi Atakişiyevin həyat yoldaşıdır.
Allah rəhmət eləsin!".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kanalda batan yeniyetmənin meyiti tapıldı
17:53 06.08.2026
Kanalda batan yeniyetmənin meyiti tapıldı
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
17:40 06.08.2026
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
17:29 06.08.2026
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
17:27 06.08.2026
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
17:23 06.08.2026
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
17:17 06.08.2026
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
17:10 06.08.2026
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
16:52 06.08.2026
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
16:42 06.08.2026
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
16:35 06.08.2026
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
16:27 06.08.2026
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
16:20 06.08.2026
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
16:18 06.08.2026
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
16:08 06.08.2026
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB