Vəkil Elşad Məmmədov həbs edildi

Vəkil Elşad Məmmədov həbs edildi
SOSİAL
21:02 18.08.2026
161
Abşeron vəkil bürosunun vəkili Elşad Məmmədov həbs edilib.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, o, dələduzluqda ittiham olunur.

Vəkil vətəndaş şikayətləri əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. 

Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR