Mehriban Əliyeva Xalq artisti Rafael Dadaşovun müalicə xərclərini üzərinə götürdü

Mehriban Əliyeva Xalq artisti Rafael Dadaşovun müalicə xərclərini üzərinə götürdü
SİYASƏT
16:43 25.12.2019
3432
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb.

Bu barədə açıqlamasında Xalq artisti Brilliant Dadaşova məlumat verib.

Briliant Dadaşova Birinci vitse-prezident Mehriban Əliyevaya özü və ailəsi adından təşəkkürünü bildirib:

"Rafael müəllim xəstəxanaya yerləşdiriləndə mən Moskvada idim. Sonra da tədbirlər və çəkilişlər olduğu üçün proseslərə tam müdaxilə edə bilmədim.

Xəstəxana Rafael müəllimi tam müalicə etmədən evə buraxıb. Evdə onun çox pis ağrıları və tutmaları olub. Mən də Mehriban xanıma və Leyla xanıma müraciət etdim. Ondan sonra Rafael müəllim nəzarətə götürüldü. Hətta Rafael müəllim son vaxtlar özünü belə gümrah hiss etmədiyini deyir. Bu böyük göstəricidir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Çox mərhəmətli insanlardır. Leyla xanım da çox sağ olsun. Dövlətimiz sənətə və sənətçilərə böyük qiymət verir. Rafael müəllim kimi çox az sayda sənətkarlarımız qalıb”.

Xalq artisti Rafael Dadaşovun vəziyyətinin gözlənildiyindən də yaxşı olduğunu qeyd edib:

"Rafael müəllimə görə hər kəs narahatdır. Vəziyyəti ilə maraqlananlar çoxdur. Həkimlərə və xəstəxanaya minnətdaram. Onu xeyli dəyişiblər. Hətta üç-beş gündə onu beş kilo arıqladıblar. Bu asan iş deyil. Çünki Rafael müəllim çox iştahlıdır.

Bundan öncəki müalicəsi effektsiz olub. Təsəvvür edin ki, ciyərində beş litr su olan insanı xəstəxana pula görə evə buraxıb. Onu ölümlə üz-üzə qoyub. Bu səbəbdən şəxsən Mehriban xanıma müraciət etdim”.
 
///oxu.az


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
13:25 13.10.2026
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
13:23 13.10.2026
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
13:22 13.10.2026
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
13:09 13.10.2026
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
12:56 13.10.2026
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
12:54 13.10.2026
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
12:52 13.10.2026
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
12:37 13.10.2026
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
Metro gücləndirilmiş rejimdə çalışacaq
12:36 13.10.2026
Metro gücləndirilmiş rejimdə çalışacaq
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
12:35 13.10.2026
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
12:30 13.10.2026
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
12:23 13.10.2026
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
12:20 13.10.2026
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
12:11 13.10.2026
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - VİDEO
12:00 13.10.2026
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - VİDEO