“Mehriban Əliyevanın səfəri çox yüksək səviyyədə təşkil edildi”

“Mehriban Əliyevanın səfəri çox yüksək səviyyədə təşkil edildi”
SİYASƏT
17:29 20.12.2019
4491
Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşüb.

AZXEBER.COM AzərTac-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

-Mən bu gün Sankt-Peterburqa cənab Prezident Vladimir Putinin dəvəti ilə gəlmişəm. Prezident Putinin dəvəti ilə MDB dövlət başçılarının ötən ilin sonunda da qeyri-rəsmi zirvə görüşü keçirilib, bu ilin sonunda da keçirilir. Bu, artıq ənənəyə çevrilibdir və çox gözəl ənənədir. Çünki yaxşı fürsətdir ki, bir daha dövlət başçıları görüşsünlər və gələn il görüləcək işlər haqqında fikir mübadiləsi aparsınlar.

Mən də bu dəfə Azərbaycan diasporunun rəhbərləri və nümayəndələri ilə görüşürəm. Əvvəllər də bizim görüşlərimiz olubdur, həm Bakıda, həm Sankt-Peterburqda. Amma bu gün bir daha görüşürük və bu, çox əlamətdar hadisədir. Mən bilirəm ki, Sankt-Peterburqda və Leninqrad vilayətində çox böyük Azərbaycan diasporu yaşayır və fəaliyyət göstərir. Uzun illərdir ki, bu təşkilata Vaqif Məmişov sədrlik edir. Bilirəm ki, burada yaşayan azərbaycanlılar Rusiyanın çox dəyərli vətəndaşları kimi həm Rusiyanın ümumi inkişafına töhfə verirlər, həm də ki, tarixi Vətənlə də əlaqələri saxlayırlar, gedib-gəlirlər. Mənim bundan xəbərim var, bu, çox müsbət haldır.

Deyə bilərəm ki, bütövlükdə 2019-cu il Rusiya-Azərbaycan əlaqələrinin tarixində xüsusi yer tutur. Prezident Vladimir Putinlə mənim çoxsaylı görüşlərim olub. Hər bir görüş çox məhsuldar olub. Bu görüşlərdə müzakirə olunmuş məsələlər və qəbul edilmiş qərarlar sonra həyatda öz əksini tapır. Nazirlər səviyyəsində bir çox qarşılıqlı səfərlər olubdur, Rusiyanın Federasiya Şurasının sədri xanım Valentina İvanovna Matviyenko aprel ayında Azərbaycana rəsmi səfərə gəlmişdi. Digər vəzifəli şəxslərin də səfərləri olub. İlin sonunda növbəti görüş gözlənilir. Rusiyanın İqtisadi İnkişaf naziri Bakıya gələcək və sonra öz həmkarları ilə sərhədə gedib Samur çayı üzərində tikilmiş yeni körpünün açılışını edəcəklər.

Bu il Mehriban xanımın Rusiyaya çox uğurlu rəsmi səfəri baş tutdu. Səfər çox yüksək səviyyədə təşkil edildi. Prezident Vladimir Vladimiroviç Putin ilə görüşü, Prezident tərəfindən Mehriban Əliyevaya "Dostluq” ordeninin təqdim edilməsi, əlbəttə ki, böyük hadisədir. Biz bilirik ki, Rusiyanın Prezidenti prezident olmayan şəxsləri çox nadir hallarda qəbul edir. Bu istisna hal Rusiya Prezidentinin Azərbaycana münasibətinin təzahürüdür. Azərbaycanda da Rusiya Prezidentinə böyük hörmət var. İkitərəfli əlaqələrin inkişafında prezidentlərin, əlbəttə ki, xüsusi rolu vardır. Mehriban xanımın səfər çərçivəsində həm Baş Nazirlə, həm də Federasiya Şurasının sədri ilə görüşləri olubdur. Əlbəttə ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan” pavilyonunun yenidən açılması tarixi hadisədir.

Yəni, bu və digər hadisələr 2019-cu ildə Rusiya-Azərbaycan əlaqələrinin inkişafını şərtləndirdi. Bu işlərin iştirakçısı və bir çox məsələlərin təşəbbüskarı kimi mən tam qətiyyətlə deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədədir.

Rusiyada yaşayan azərbaycanlılar, əminəm ki, bunu gündəlik həyatda hiss edirlər. Çünki Rusiyada azərbaycanlılara münasibət çox müsbətdir, onlar rahat yaşayırlar. Onların bir çoxu, demək olar ki, mütləq əksəriyyəti çox fəaldır, həm elmdə, təhsildə, biznesdə böyük imkanları var. Rusiyanın vilayətlərində və böyük şəhərlərində qanunvericilik orqanlarında artıq azərbaycanlılar təmsil olunurlar. Azərbaycan əsilli vətəndaşların Rusiyada sayı təqribən 700 minə yaxındır. Burada işləməyə, yaxud da ki, ezamiyyətə gələn Azərbaycan vətəndaşlarının sayı da çoxdur. Ona görə Rusiya-Azərbaycan əlaqələrinin bu səviyyədə olması Rusiyada yaşayan azərbaycanlılar üçün də, bizim üçün də çox böyük dəyərdir.

Bildiyiniz kimi, Azərbaycanda da böyük rus icması yaşayır və fəaliyyət göstərir. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır. Onlar bizim qardaşlarımız kimi Azərbaycanın ümumi inkişafına öz töhfələrini verirlər.

Ona görə hesab edirəm ki, ilin sonunda bizim görüşümüzün xüsusi mənası var. Fürsətdən istifadə edərək sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Xahiş edirəm, mənim salamlarımı Sankt-Peterburqda və Leninqrad vilayətində yaşayan bütün soydaşlarımıza çatdırasınız.

xxx

Azərbaycanlıların Sankt-Peterburqdakı diaspor təşkilatının rəhbəri Vaqif MƏMİŞOV diasporun nümayəndələri adından Prezident İlham Əliyevə onlara göstərilən dəstəyə görə minnətdarlığını bildirdi. Qeyd olundu ki, Azərbaycan diasporu Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan dərin islahatlar prosesini, əldə olunan inkişafı, qazanılan uğurları böyük maraqla izləyir və dəstəkləyir.

Bildirildi ki, diasporumuz dövlətimizin başçısının qayğısını daim öz üzərində hiss edir. Vurğulandı ki, Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətləri ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır, diasporumuz da bu münasibətlərdən bəhrələnir, onun dərinləşməsinə töhfəsini verir və bundan sonra da verəcək.

Sonda xatirə şəkli çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Laos Prezidenti Zəfər parkını ziyarət edib
13:58 13.10.2026
Laos Prezidenti Zəfər parkını ziyarət edib
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:57 13.10.2026
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
13:41 13.10.2026
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
13:30 13.10.2026
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
13:25 13.10.2026
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
13:23 13.10.2026
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
13:22 13.10.2026
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
13:09 13.10.2026
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
12:56 13.10.2026
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
12:54 13.10.2026
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
12:52 13.10.2026
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
12:37 13.10.2026
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
Metro gücləndirilmiş rejimdə çalışacaq
12:36 13.10.2026
Metro gücləndirilmiş rejimdə çalışacaq
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
12:35 13.10.2026
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
12:30 13.10.2026
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu