Məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir şəxs həbs edildi - VİDEO

Məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir şəxs həbs edildi - VİDEO
KRİMİNAL
11:46 19.10.2026
214
Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia” markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı əməliyyatları davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Fuad İbrahimovla birgə qeyd edilən cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da müəyyən olunaraq tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR