“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirildi

“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirildi
SOSİAL
17:00 14.05.2026
612
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə həyata keçirilən "Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.

AZXEBER.COM "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, 261 nömrəli məktəb-liseydə keçirilən görüşdə millət vəkilləri Zahid Oruc və Vüqar Rəhimzadə, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov, məktəb direktorları, təhsil müəssisəsinin pedaqoji kollektivi, şəhid ailələri və valideynlər iştirak ediblər.

Qonaqlar əvvəlcə təhsil ocağının foyesində şagirdlərin əl işlərindən ibarət sərgi və yaradıcılıq nümunələri ilə tanış olub, dəhlizlərdə nümayiş etdirilən STEAM dərsləri çərçivəsində ərsəyə gətirilmiş innovativ layihələrə baxış keçiriblər.

Qonaqları salamlayan məktəb-liseyin direktoru Könül Məmmədli görüşün məqsədi barədə iştirakçılara ətraflı məlumat verib, bu cür açıq dialoq və qarşılıqlı əməkdaşlıq platformalarının təhsil mühitinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Direktor daha sonra təhsil ocağının fəaliyyətinə dair təqdimatla çıxış edib, gələcək hədəflər və inkişaf istiqamətləri barədə məlumat verib.
Millət vəkili Zahid Oruc belə platformaların yalnız fikir mübadiləsi üçün deyil, həm də məktəb mühitinin real ehtiyaclarının daha aydın şəkildə ortaya çıxması baxımından əhəmiyyətindən bəhs edib. Müəllim nüfuzunun qorunmasının vacibliyindən danışan millət vəkili vurğulayıb ki, cəmiyyətin müəllimə verdiyi dəyər gələcəyin necə formalaşacağını müəyyən edən əsas amillərdəndir.

Millət vəkili Vüqar Rəhimzadə çıxışında məktəblə icma arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin təhsilin daha dayanıqlı inkişafına şərait yaratdığını bildirib. Qeyd edib ki, bu əməkdaşlıq məktəb mühitinin cəmiyyətlə daha sıx inteqrasiyasına və qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, media təhsilin inkişaf prosesində yalnız müşahidəçi deyil, eyni zamanda onun yanında olan vacib tərəfdaş kimi çıxış etməlidir. H.Heydərli informasiya məkanında məktəbin və müəllimin nüfuzunun qorunmasını, daim ön planda saxlanılmasını cəmiyyətin təhsilə münasibətinin formalaşmasında mühüm rol kimi dəyərləndirib.

BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, məktəb-icma əlaqələrinin gücləndirilməsi təhsil mühitinin daha sağlam və dayanıqlı inkişafına xidmət edir və bu əlaqələrin geniş olduğu məktəb modeli tədris prosesinə marağı artırır, həmçinin məktəbin sosial mühitdə rolunu daha görünən edir.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov, müəllimlər və valideynlər uşaqların hərtərəfli yetişdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın üstünlüklərindən söz açıblar. Çıxışlarda ailə, məktəb və ictimai mühit arasında sağlam əlaqələrin formalaşdırılmasının vacibliyi xüsusi vurğulanıb.

Görüş zamanı şagirdlərin ifasında kompozisiyalar təqdim olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi cavab
18:48 30.09.2026
Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi cavab
SEPAH: Hörmüz boğazında gəmilər hər gün hədəfə alınır
18:35 30.09.2026
SEPAH: Hörmüz boğazında gəmilər hər gün hədəfə alınır
Fransada etirazlar zamanı 76 nəfər xəsarət alıb
18:21 30.09.2026
Fransada etirazlar zamanı 76 nəfər xəsarət alıb
Kiyevə hücumda azərbaycanlı həlak oldu
18:00 30.09.2026
Kiyevə hücumda azərbaycanlı həlak oldu
20 min manatı keçəndən sonra nə olacaq? – Azərbaycanda sabahdan pul köçürmələri ilə bağlı YENİ QAYDA
17:56 30.09.2026
20 min manatı keçəndən sonra nə olacaq? – Azərbaycanda sabahdan pul köçürmələri ilə bağlı YENİ QAYDA
Slovakiyanın özüyeriyən minaatanı ADEX-2026-da nümayiş olunub - FOTO
17:51 30.09.2026
Slovakiyanın özüyeriyən minaatanı ADEX-2026-da nümayiş olunub - FOTO
Bu ərazilərdə qaz olmayacaq
17:48 30.09.2026
Bu ərazilərdə qaz olmayacaq
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
17:44 30.09.2026
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
Azərbaycan və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı Bakıda sərgidə nümayiş olunur
17:42 30.09.2026
Azərbaycan və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı Bakıda sərgidə nümayiş olunur
İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb
17:37 30.09.2026
İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
17:32 30.09.2026
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
CENTCOM: ABŞ İraqdan qoşunlarını çıxarıb, İŞİD-ə qarşı 12 illik əməliyyat başa çatıb
17:27 30.09.2026
CENTCOM: ABŞ İraqdan qoşunlarını çıxarıb, İŞİD-ə qarşı 12 illik əməliyyat başa çatıb
Limit 20 mindən 50 minə qaldırıldı - Bu tarixdən
17:16 30.09.2026
Limit 20 mindən 50 minə qaldırıldı - Bu tarixdən
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOLAR
17:08 30.09.2026
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOLAR
Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib
16:59 30.09.2026
Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
16:55 30.09.2026
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq