Məktəblərdə təhsil yerinə, ‘Bakcell’ təbliğ olunur - FOTOFAKT

Məktəblərdə təhsil yerinə, ‘Bakcell’ təbliğ olunur -  FOTOFAKT
Bütün Xəbərlər
19:00 23.04.2013
4319

Bir müddət öncə Bakı şəhərində olan orta məktəblərdə şagirdlərin mobil telefondan istifadəsinin qadağan edilməsi ilə bağlı xəbər vermişdik.

Hətta Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu barədə mətbuata açıqlamalar da verib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızının bir müddət öncə mətbuata verdiyi açıqlamada bu məsələnin həll edilməsi üçün işlərin davam etdirildiyi vurğulanıb.

Nazirlik rəsmiləri belə bir qadağanın qoyulmasını mobil telefonların tədris prosesinə və onun keyfiyyətinə mənfi təsir göstərməsi ilə əlaqələndiriblər.

Məsələ ictimaiyyət arasında öz aktuallığını qorusa da, “Bakcell” şirkləti təhsil nazirliyinin bu səylərinə dəstək verməyin əvəzinə, öz şəxsi biznesini daha da genişləndirməyi qarşısına məqsəd qoyub. Belə ki, şirkət öz reklamlarını orta məktəb şagirləri üçün hazırlanan gündəliklərə yerləşdirib.

AZXEBER.COM-un elektron ünvanına göndərilən şəkildə, “Bakcell” şirkətinin [email protected]/* */ kompaniyası ilə bağlı geniş məlumat verilib.

P.S Qarşı tərəfin fikrini portalda yayımlamağa hazırıq.

OXŞAR XƏBƏRLƏR