“Mən bu 15 ildə bunlara dözdüm” - Sevda

“Mən bu 15 ildə bunlara dözdüm” -  Sevda
MAQAZİN
10:07 24.11.2014
1671
Şou-biznesin populyar və sevilən cütlüyü olan, 15 ildir bir yerdə duet oxuyan Səməd Səmədov və Sevda Əliqızı cütlüyü yollarını ayırıb.
AZXEBER.COM xəbər verir ki, bu məlumatı Sevda Əliqızı təsdiqləyib. Ayrılığa səbəb isə Səməd Səmədovdan gəlib.Belə ki, S.Səmədov Sevda Əliqızı qocaldığı üçün onunla duet oxumaq istəmədiyini deyibmiş. S.Əliqızının sözlərinə görə, S.Səmədov bu xəbəri ona öz prodüseri vasitəsilə göndərib: “Ən son Məhərrəmlik girməzdən 1 gün öncə toydan mehriban sağollaşıb ayrılmışıq. Bir neçə gün sonra Səmədin prodüserindən mənə zəng gəldi. Dedi ki, Səməd müəllim deyir ki, mən ansambla yeni müğənni götürürəm. Sevdaya isə hər toydan sadəcə 100 manat verə bilərəm. O artıq qocalıb. Mən onunla oxuya bilmərəm. Mən isə əlbəttə ki, bir anlıq dondum qaldım və bununla razılaşmadım təbii ki”. S.Əliqızı deyir ki, prodüserə inanmayıb S.Səmədova zəng edib: “Səmədə zəng etdim. Həmişə zəngimi açan Səməd bu dəfə telefona cavab vermədi. Bundan sonra yoldaşına zəng etdim və olanı dedim. Söylədim ki, 15 ildir bir yerdə olmuşuq. Zəhmət çəkmişik, çörək kəsmişik bunun müqabilində insana bu sözü, xüsusilə də, xanıma bu sözü deyərlərmi? Oxumaq istəmirdisə bunu mənə normal şəkildə deyə bilərdi. Xanımı da təəcübləndi. Lakin o gündən sonra onlardan heç bir səs-soraq gəlmədi”. S.Əliqızı əlavə edib ki, üzdə mülayim və insansevər olan S.Səmədovdan onsuzda özü tezliklə yollarını ayırmaq istəyirmiş: “Çünki bu insan 15 ildə mənim repertuarımı, sağlamlığımı heç etdi. Mən nə zamnsa tək efirə çıxırdımsa qısqanclıq edər və deyirdi ki, yox biz birlikdə çıxmalıyıq. Bu insanın içində mənə qarşı paxıllıq olduğunu sezmişdim. O heç də üzdəki kimi mülayim deyil. Ansambılla məşqlər edən zaman onun etdiyi o kobudluğu görsəniz inanın heç ora ayaq basmazdınız. Ancaq mən bu 15 ildə bunlara dözdüm və qarşılığında ondan da bu hörməti gördüm. Qocalmağa gəlincə isə mən bildiyimə görə, Səməd 70 yaşa çatıb. Yəqin, o öz yaşı ilə mənim yaşımı səhv salıb. Onu demək istəyirəm ki, cürbəcür qocalıqlar olur. İnsan var qocalanda müdrikləşir, insan da var başı gedir. Çox təəssüf Səmədə müdriklik qismət olmadı”.Qeyd edək ki, S.Əliqızı artıq sənətinə solo fəaliyyətlə davam edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yavər Şıxəliyev vəfat etdi
21:53 19.10.2026
Yavər Şıxəliyev vəfat etdi
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
21:48 19.10.2026
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
21:41 19.10.2026
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
21:34 19.10.2026
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
21:25 19.10.2026
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
21:19 19.10.2026
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
21:11 19.10.2026
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
21:04 19.10.2026
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
21:03 19.10.2026
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
20:58 19.10.2026
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
20:50 19.10.2026
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
“Sabah” Bakı Olimpiya Stadionunda məşqə çıxıb
20:46 19.10.2026
“Sabah” Bakı Olimpiya Stadionunda məşqə çıxıb
Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib
20:38 19.10.2026
Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib
"Sabah"ın futbolçusu Akim Zedadka: "Borussiya" ilə oyundan zövq almaq istəyirik"
20:33 19.10.2026
"Sabah"ın futbolçusu Akim Zedadka: "Borussiya" ilə oyundan zövq almaq istəyirik"
Keniya məhkəməsi xristian təriqətinin liderini 190 uşağın qətlində təqsirli bilib
20:28 19.10.2026
Keniya məhkəməsi xristian təriqətinin liderini 190 uşağın qətlində təqsirli bilib
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"
20:20 19.10.2026
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"