"Mən sadə aparıcıyam" - Zaurdan müğənnilərin efir qadağasına münasibət

"Mən sadə aparıcıyam" - Zaurdan müğənnilərin efir qadağasına münasibət
MAQAZİN
15:12 13.03.2020
5979
İfaçı Afət Fərmanqızı "Xəzər" televiziyasının efirinə çıxan müğənnilərdən ödəniş tələb olunduğunu iddia edib.

AZXEBER.COM ölkə.az-a istinadən bildirir ki, o, bu barədə "İnstagram" səhifəsində açıqlama yayıb. Məsələ ilə bağlı "Xəzər" televiziyasında "5-də 5" verilişinin aparıcısı Zaur Kamalla əlaqə saxladıq.

Aparıcı açıqlamasında bu suala cavab vermək üçün səlahiyyətinin olmadığını deyib.

"Mən sadə aparıcıyam. Bu barədə danışmaq üçün heç bir səlahiyyətim yoxdur. Rəhbərlik ilə əlaqə saxlayın ",- deyə o, bildirib.

Qeyd edək ki, Fərmanqızı "İnstagram" səhifəsində "Xəzər" televiziyasına sərt ittihamlar ünvanlayaraq "Pul istəyirdilər deyə, heç o efirə çıxmırdım. Mənim ondan başqa üstün efirlərim var" sözlərini yazıb.
OXŞAR XƏBƏRLƏR