"Mən Ulu Öndəri hər gün, hər an, hər saat xatırlayıram" - Bilal Əliyev

"Mən Ulu Öndəri hər gün, hər an, hər saat xatırlayıram" - Bilal Əliyev
MAQAZİN
12:59 12.12.2025
479
"Mən Ulu Öndəri hər gün, hər an, hər saat xatırlayıram. Bu günə qədər onun xatirələri ilə yaşayıram".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Xalq artisti Bilal Əliyev bildirib.
 
Sənətçi Ulu Öndərlə bağlı xatirələrini bölüşərkən deyib:
 
"Mən onu hər gün, hər an, hər saat xatırlayıram. Bu günə qədər onun xatirələri ilə yaşayıram. Ulu Öndərin mənə göstərdiyi qayğılar nəticəsində mən bu zirvələrə gəlib çatmışam.
 
İlk dəfə Heydər Əliyevə məni cənab Prezident İlham Əliyev təqdim etmişdi. Yaşım az idi, birinci dəfə böyük konsertə dəvət aldım və Heydər Əliyevin qarşısında çıxış elədim. İfamı o qədər bəyəndi ki, anidən rejissora konsertin gedişatında dəyişiklik etməsi və mənim sonda yenidən mahnı oxumağımla bağlı  tapşırıq verildi. Finalda Rauf Hacıyev bəstəsi olan "Azərbaycan" mahnısını ifa etdim. Heydər Əliyev mənim səsimə heyran qaldı və həmin gündən mən bütün dövlət tədbirlərinə dəvət almağa başladım. Heydər Əliyevin və Prezidentimiz İlham Əliyevin mənə o qədər böyük qayğısı və dəstəyi olub ki, mən bu gün də onu hiss edirəm. Ulu Öndərin vəfatından sonra bu qayğını cənab İlham Əliyevdən görmək çox xoşdur.
 
Biz xoşbəxt xalqıq ki, Allah bizə belə bir Ulu Öndər, mənəvi ata qismət edib. Yaxşı ki, o xalqımızın xahişi, istəyi ilə Azərbaycana qayıtdı və bizi davamçısı, Ali Baş Komandan İlham Əliyevə əmanət etdi. İlham Əliyevin sayəsində Azərbaycan bu gün ən güclü dövlətlərin sırasındadır. Bu gün biz rahat yaşayırıq, gəzirik, körpələrimiz əmin-amanlıqla böyüyür. Bundan böyük xoşbəxtlik ola bilməz! Ona görə də, biz xalq olaraq Ulu Öndərimizin ideyalarını yaşatmalıyıq, Cənab Prezidentimiz İlham Əliyevin ətrafında yumruq kimi birləşməliyik. Allah Ulu Öndərimizə, atamıza rəhmət eləsin!".
 
Aysel Hacızadə

 


 



 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı