"Mən yunanları tərbiyəli, mədəni xalq kimi tanıyırdım" - Deputat

ÖZƏL
13:34 07.10.2022
2264
"Mən yunanları tərbiyəli, mədəni bir xalq kimi tanıyırdım. Amma dünən onların tərbiyəsizliyini gördüm”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas "Qarabağ"ın Yunanıstanın "Olimpiakos" komandası üzərindəki qələbəsinə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, yunanlar bizə qarşı tərbiyəsizlik etdi:

"Yunan futbol ölkəsidir Avropa çempionu olub, nə bilim nələr edib. O komanda deyəsən 36 dəfə Yunanıstan çempionu olub. Mən yunanları tərbiyəli, mədəni bir xalq kimi tanıyırdım. Amma dünən onların tərbiyəsizliyini gördüm. Bir dəqiqəlik sükutu etmədilər, bizim azarkeşlərə hücum etdilər. Tərbiyələrini erməni kimi ortaya qoydular. Erməni bayrağı qaldırdılar. Biz o bayrağı çoxdan cırıq-cırıq edib ayaqlar altına qoymuşuq. İstəyirsən, ondan yüz dənə, iki yüz dənə qaldır, onunla heç nə edə bilməzsən”. 

A.Abbas həmçinin əlavə edib ki, komandamız yunanlara futbol dərsi keçdi:

"Uşaqlar gözəl oynadılar. Onlara futbol dərsi keçdilər. Eşq olsun, Qurban Qurbanova, eşq olsun, komandamıza. Yəqin oyundan əvvəl Praqada çəkilən şəkillərə baxdılar, Ərdoğanla İlham Əliyevin şəkillərinə, bir də boynubükük Paşinyanın şəkillərinə, ondan ilham alıblar, ruhlanıblar. Alllah qoysa, o biri komandaları da udacağıq”.

Qeyd edək ki, ötən gecə Azərbaycanın "Qarabağ" futbol klubu Yunanıstanın "Olimpiakos" komandası üzərində qələbə qazanıb. Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu 0:3 hesabı ilə başa çatıb.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR