“Məndən ailə xanımı olmaz” - Nisə Qasımova

“Məndən ailə xanımı olmaz” - Nisə Qasımova
MAQAZİN
17:22 12.11.2019
5695
"Yollarım kəsilirdi, qadağalar qoyulurdu. Bilmirdim bunu kim edir. Moskvada haqqımda yazılar çıxmışdı. Məni "Lirik mahnıların kraliçası” adlandırmışdılar. Biz Ələkbər Tağıyevlə çalışdıq ki, bunları gündəmə gətirməyək. Çünki Sənət camiəmizdə bir kraliça var idi – Şövkət Ələkbərova”.

AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "MTV Azərbaycan”da yayımlanan "Söhbətsiz” proqramında Xalq artisti Nisə Qasımova deyib.

O, sənətə yeni gəldiyi dövrdə başqa bir ifaçıya olan heyranlığından və qarşılaşdığı münasibətdən söz açıb:

"Bir müğənnini görmək, rastlaşmaq istəyirsən. "Ay allah, necə ətir vurmuşdu, saçları necə qəşəng idi, əlləri nə gözəldir” və sairə deyirsən. Bu cür ab-hava ilə yaşayan bir insana qapaz vururlarsa, qapazdan ayılmamış kürəyindən bıçaqlayırlarsa, onun qolunu, qabırğasını, qıçını sındırırlarsa, bu adam necə qalxsın? İçində fəryadlarlar, oxumaqlar... Yaxşı ki, Moskvaya getdim. Kimsə deyir acıq etdi, oxumağa getdi. Oradan qayıdandan bəri bütün mahnılarım etirafdır – "Məni satdın nəfsinə”, "Qayıtdım”, "Şəhanə sevgi”, "Korun fəryadı”. Bu mahnılar içimdəki fəryadım idi. Bu barədə nə mətbuatda, nə də telekanallarda danışa bilərdim. İndiki kimi deyildi”.

Sənətçi sevgi münasibətinin alınmaması barədə də danışıb:

"Alınmadı. Çəkdiyim əziyyətlər mənə yaxşı mahnılar qazandırdı, şəhanə sevginin nə olduğunu bildirdi. Hansı müğənni qadın istəməz ki, onun həyat yoldaşı, başının sahibi olsun? Bəxtim orada gətirdi ki, yaxşı ailənin övladı oldum. Bunlar şərtdir. Bacılarım, qardaşlarım məni danlayır, mühakimə edirdilər. Bugünədək beynimdə qalıb. Bununla barışdım. Ona görə ki, özüm də hiss etdim ki, məndən yaxşı ailə xanımı olmaz. Həssasam, daha çox hisslərimlə və qəlbimlə yaşayıram. Sırf ağlı ilə yaşayan insanlar planlı olurlar”.

N.Qasımova bildirib ki, bəzi sənətçilər ona biganə yanaşır:

"Adımı çəkməyə qorxurlar. Desinlər ki, pis oxuyur. Adam axtarıram ki, onlarla polemikaya girim. Tanınmış şəxslərdən biri məni görəndə "Nisə xanım, sizdən yoxdur” deyirdi. İndi yanımdan elə ötmək istəyir ki, guya, bu böyük sənətkardır. Adama ağır gəlir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Embawood” dəhşətli qəzanın videosundan reklam hazırladı - Etirazla qarşılandı
02:47 11.04.2025
“Embawood” dəhşətli qəzanın videosundan reklam hazırladı - Etirazla qarşılandı
Amerika Çinlə barışmaq istəyir
23:52 10.04.2025
Amerika Çinlə barışmaq istəyir
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində yeni sənəd qəbuluna start verilib
23:41 10.04.2025
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində yeni sənəd qəbuluna start verilib
KİV: Altı ölkə öz qoşunlarını Ukraynaya göndərə bilər
23:26 10.04.2025
KİV: Altı ölkə öz qoşunlarını Ukraynaya göndərə bilər
Qurgen Stepanyandan etiraf: Ermənistan vətəndaşları olan zabitlər sayca üstünlük təşkil edib
23:11 10.04.2025
Qurgen Stepanyandan etiraf: Ermənistan vətəndaşları olan zabitlər sayca üstünlük təşkil edib
Meyxanaçı Balaəli qəza törətdi
23:06 10.04.2025
Meyxanaçı Balaəli qəza törətdi
İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlandı - FOTO
22:52 10.04.2025
İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlandı - FOTO
Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var
22:41 10.04.2025
Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var
İranda bank işçisi məcburi hicab taxmayan qadına xidmət göstərməkdən imtina etdi
22:32 10.04.2025
İranda bank işçisi məcburi hicab taxmayan qadına xidmət göstərməkdən imtina etdi
Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir - Açıqlama
22:27 10.04.2025
Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir - Açıqlama
Suqovuşanda qadın bıçaqlandı - Şübhəli şəxs oğludur
22:11 10.04.2025
Suqovuşanda qadın bıçaqlandı - Şübhəli şəxs oğludur
Rəhman Mustafayev: Bakı və Moskva “Rus Evi” ilə əlaqədar vəziyyətlə bağlı dialoqu davam etdirir
22:03 10.04.2025
Rəhman Mustafayev: Bakı və Moskva “Rus Evi” ilə əlaqədar vəziyyətlə bağlı dialoqu davam etdirir
Təhsil İnstitutu olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirib
21:57 10.04.2025
Təhsil İnstitutu olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirib
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
21:45 10.04.2025
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur
21:35 10.04.2025
ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim - MƏHKƏMƏ
21:27 10.04.2025
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim - MƏHKƏMƏ