Məni utandıran qadın

Məni utandıran qadın
KÖŞƏ
12:30 27.08.2012
2280
Seymur VerdizadəKaş ki, Ege dənizinin göz yaşı kimi dupduru sularından yenicə çıxarılmış balıqları yaxından görmək üçün soyuducunun ağzını açmayaydım...
Kaş ki, “Azadlıq” qəzetində çalışan həmkarım Natiq Güləhmədoğlu tanımadığımız bu adamlara Azərbaycandan olduğumuzu söyləməyəydi...Kaş ki, restoranın yekəpər sahibi onu zorla bizim yanımıza gətirməyəydi......Ətraf aləmə olan sonsuz marağım dünən məni acı gerçəkliklə üz-üzə qoydu. Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə İzmirə gəldiyim ötən üç gündə ilk dəfə məyus oldum. Hələ də o görüşün təsiri altındayam. Türkiyənin ən gözəl şəhəri olan qədim İzmir mənim yaddaşımda daha şox həmin qadının qəmli gözləri ilə qalacaq...Dəniz kənarında yerləşdiyi üçün İzmir restoranlarının menyüsündə əsas yeri balıq yeməkləri tutur. Restoran sahibləri müştərilərin diqqətini cəlb etmək üçün dənizdən yenicə çıxarılmış balıqları nümayiş etdirməyə xüsisi həvəs göstərirlər. Şüşə qapısı olan iri soyuducuda saxlanılan balıqlara yaxından tamaşa etmək üçün dünən bahalı bir restoranın qarşısında dayandım. Arxamca gələn adamın jurnalist həmkarım Natiq Güləhmədoğlu olduğunu ayaq səslərindən tanıdım. Görünür, Azərbaycan dilində danışmağımız ətrafdakıların diqqətini cəlb etdiyi üçün bir anın içində başımızın üstünü kəsdirdilər. Özünü restoranın sahibi kimi təqdim üdın adam haralı olduğumuzu soruşanda, Natiq Azərbaycandan gəldiyimizi dedi.Qarşımızda dayanan bu yekəpər kişinin sifətindəki dəyişiklik nəzərimdən yayınmadı. O, ətrafa göz gəzdirib, beş addım kənarda balıq təmizləyən oğlanı yanımıza çağırdı. Əlindəki balığı masanın üzərinə qoymağı belə unudan bu cavan oğlan bizə çatıb, keçmişdə şahların hüzurunda boynunu bükən suçlu adamlar kimi başını aşağı saldı. Restoranın sahibi ondan həyat yoldaşının haralı olduğunu soruşanda, ürkək səslə cavab verdi: “Azəridir”.Bu, onun söhbət əsnasında dediyi yeganə söz oldu. Biz təxminən yarım saat söhbət etsək də, o, ağzını açıb bircə kəlmə də danışmadı......Yekəpər sahibkar Elnarə adlı qadını bir neçə dəfə səsləsə də, mətbəxdə suyun şırıltısı kəsilmədi. Axırda kişi özü məcbur olub, onun arxasınca getdi. Cəmi iki dəqiqə sonra o, düz qaməti olan gözəl bir qadını çəkə-çəkə bizim yanımıza gətirdi.Yuduğu qabların yağı əllərinə yapışdığı üçün Elnarə bizi başı ilə salamladı. Natiq ondan Azərbaycanın hansı rayonundan olduğunu soruşdu. İlk dəfə başını qaldırıb, bizim üzümüzə baxdı: “Qubalıyam”.Mən, onun İzmirə necə gəldiyilə maraqlandım. Dedi ki, yaşamaq üçün Azərbaycanı tərk etməkdən başqa yolu qalmamışdı. Səbəbini isə belə izah etdi: “Atam-anam dünyasını dəyişəndən sonra heç kim mənə həyan olmadı. Bəzən yeməyə quru çörək də tapmırdım”.Biz bir qədər Azərbaycandakı vəziyyətdən danışdıq. Axırda söhbət bir neçə ay əvvəl baş vermiş Quba hadisələrinin üstünə gəldi. Bu vaxt onun çöhrəsinə qəribə kədər çökdü. Titrək səslə dedi: “Həmin vaxt çox qorxmuşdum. Heç olmasa, indi sakitlikdirmi?”Mən onun qəlbinin böyüklüyünə heyran qaldım. Vaxtilə bir tikə çörəyə möhtac olsa da, yenə doğma rayonunun qeydinə qalırdı...Danışmağa sözümüz çox idi. Amma yekəpər sahibkarın yoğun səsi söhbətə nöqtə qoydu: “Bəsdir! Get qabları yu!”Demək istədiyi sonuncu söz onun boğazında düyünlənib qaldı. Elə mənim də... Əgər mın Elnarəni bir də görsəm, ona cəmi iki kəlmə deyəcəyəm:- Bağışla, bacım! Vətəndə sənə həyan ola bilmədiyimiz üçün bizi bağışla!P.S. Elnarə ilə nə vaxtsa qarşılaşsam, yəqin ki, ona heç nə deməyəcəyəm. Mən, utandığımdan bir də həmin qadının üzünə baxa bilmərəm...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub