“Məni yerə yıxıb, təpikləyirdilər” – MƏHKƏMƏ ZALI

“Məni yerə yıxıb, təpikləyirdilər” – MƏHKƏMƏ ZALI
MARAQLI
10:39 07.10.2011
1809

Oktyabrın 6-da Yasamal rayon Məhkəməsində ABŞ vətəndaşı Amanda Erickson və Böyük Britaniya vətəndaşı Celia Daviesə qarşı xuliqanlıq hərəkətləri etməkdə, onları döyməkdə təqsirləndirilən Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynovun məhkəməsi başladı. Məhkəmə iclasına hakim Elçin Qurbanov sədrlik edir.

Əvvəlcə dövlət ittihamçısı Rizvan Sultanov ittiham aktını elan etdi. İbtidai istintaqın qənaətinə görə, bu gənclər iyunun 15-dən 16-na keçən gecə Akademik Milli Dram Teatrının binasının arxa tərəfində Amanda Ericksonla Celia Daviesə hücum ediblər, onları yerə yıxaraq döyüblər. Təqsirləndirilənlər ibtidai istintaqa etirafedici ifadələr veriblər. Ancaq məhkəmədə həmin ifadələrindən imtina etdilər. Dedilər ki, istintaq vaxtı vəkillə formal şəkildə təmin olunublar, faktiki isə onlara vəkil xidməti göstərilməyib, hüquqları izah olunmayıb. Müstəntiq kompüterdə yazdığı hazır ifadələrə onlara imza atdırıb. Onlar ifadələrlə tanış olmaq istəsələr də, müstəntiq vaxtın azlığını bəhanə gətirərək buna imkan yaratmayıb. Təqsirləndirilən şəxslər belə dedilər.

«ONLAR QIŞQIRANDA BİLDİK Kİ, XARİCİLƏRDİR»

Müttəhim Adil Tağızadə: «Bizə ittiham veriblər ki, guya onlarla tanış olmaq üçün yaxınlaşmışıq və onları döymüşük. Bizim belə fikrimiz olmayıb, onlar ikisi də sərxoş idilər, mən birinə yaxınlaşıb əlimlə kürəyinə vurdum, dedim sizə kömək lazımdır? Onlar qorxdular, qışqırmağa başladılar, onda bildik ki, xaricidilər. Dayım oğlu Nazim öz telefonunu onlardan birinə uzatdı, dedi ki, qorxmayın, istəyirsinizsə «102» xidmətinə zəng edin. Qız telefonu alıb yerə çırpdı, telefon sınıq-sınıq oldu. Biz onları yerə yıxmamışıq, döyməmişik. Özləri sərxoş idilər deyə, qaçanda bir-birlərinə dəyib yıxıldılar». Digər müttəhimlər də məhkəmədə oxşar ifadələr verdilər. Qızların sərxoş olduqlarını, qaçarkən yerə yıxıldıqlarını deyiblər.

«YALAN DANIŞIRLAR»

Ancaq zərərçəkmiş Celia Davies məhkəməyə dedi ki, müttəhimlər yalan danışır: «Onlar dalımızca düşmüşdülər, bizə baxıb möhkəm gülürdülər. Bizə çatanda onlardan biri çantalarımızı əlimizdən alıb yerə tulladı. Onların nə dediklərini başa düşmürdük. Bizi itələyib yerə yıxdılar». Vəkillərdən biri zərərçəkmişdən «sizi bu adamlardan konkret hansıları yerə yıxmışdı?» sualına dedi ki «məni yerə yıxmışdılar, təpikləyirdilər, ona görə də üzlərinə baxmaq imkanım yox idi» deyə cavab verdi. Vəkillərin suallarına cavab olaraq Celia Davies hadisə baş verməmişdən əvvəl Amanda Erickson ilə pivə içdiklərini, ancaq sərxoş olmadıqlarını dedi.

TƏRCÜMƏÇİ PROBLEMİ

Sonra Celia Davies məhkəmədə onun ifadəsinin Azərbaycan dilinə düzgün tərcümə olunmadığını deyərək ifadə verməyi dayandırdı və tərcüməçinin dəyişdirilməsini xahiş etdi. Elə zalda oturan müşahidəçilərdən bəziləri də hakimə bildirdilər ki, tərcüməçi hüquqi terminləri düzgün tərcümə etmədiyinə görə onu dəyişdirmək lazımdır. Hakim başqa tərcüməçi təyin olunması ilə əlaqədar məhkəmə prosesini oktyabrın 13-nə kimi təxirə saldı. Təqsirləri sübuta yetirilsə gəncləri 3 ildən 7 ilə qədər həbs gözləyir. Hadisə baş verən dövrdə Amanda Erikson və Celia Davies Bakıda yerli jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirdilər. Erikson həmçinin «Washington Post» və «New-York Times» qəzetləri ilə əməkdaşlıq edir. Hazırda o, Amerikadadır.

«Azadlıq» radiosu

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı