Məryəmin dünyası

Məryəmin dünyası
KÖŞƏ
15:38 19.05.2014
3082

Sərraf Balaxan

Xaosun içindən sivrilib çıxan, yaxud xaos adlı qılafı üzərindən ataraq özünün bəyan edən bir dünyamız var: saysız mikro informasiya daşıyıcılarının sitemi – bu bizim sitemdir. Bu informasiya daşıyıcılarının biz dərk etdiyimiz və başqa bir nizamda düzülərək bizim dünyamıza paralel başqa bir dünya yatardığı da aydın. 23 cüt xromosomun inşa etdiyi qəlib və 23 cüt 1 tək xromosomun yaratdığı yeni insanlar dünyası kimi.

Darıxdırıcı başlanğıcdır, amma paralel dünyaya keçid üçün bir açar lazımdır axı.

Məryəm (rəssam Məryəm Ələkbərli) həm genetik kod, həm də mənəviyyat baxımından yeni bir dünyadır. Bu dünyanı anlamaq üçün ya evdəki balacalarımız kimi rabitəli nitqə hələ sahib olmayan uşaq, ya müdrik, ya da sadəcə Məryəm olmalısan.

Müəllimim akademik Kamal Abdullanın mənə bağışladığı hər vərəqi bir rəssama məxsus akvarel olan kitabı öncə ötəri vərəqləyib örtdüm, evdə baxaram deyə. Qapıdan içəri girərəkən, “Mənə nə aaalmısan?!”, deyə üstümə gələn balacaya – “Kitab”, dedim. Kitabı əlimdən alıb siçan tutmuş pişik kimi öz köşəsinə çəkildi.

Vərəqləyərkən üstümə rəng dağılacağından qorxduğum, içindən göy qurşağı keçən bu kitabda nə tapdığını bilmədim, amma doymadan sola-sağa vərəqlədi. Dinib-danışmadan zilləndi.

-Məryəmə, körpə uşaqlara və bir də rənglərin dilini bilənlərə maraqlı olan nə var axı bu kitabda?

Bir də vərəqləyirəm və ...

-Şəkillərdə əsasən Məryəmin ən çox sevdiyi insanların saçları qap-qaradır. Demək, rəngin qocaltmaq imkanı əlindən alınıb.

-Bütün şəkillərdə insanlar əllərinin içini bizə göstərirlər.

-Bir tabloda iki və daha çox adam varsa, mütləq onlar əl-ələ tutublar.

-Narların hamısı qırmızıdır.

-Xeyirxah şir, uşağı xortumunda gəzdirən fil, sirk səhnəsində gülüş hədəfi olan günahsız heyvan, başı Günəşə dəyən zürafə, istirahət edən dəvə, qırmızı, göy və qızıl at, o yan-bu yana üzən rəngarəng balıqlar.

-Bütün dəniz tablolarında dəniz narahatdır, sanki kimisə qərq edəcəyindən qorxur.

-Evlərin işıqları hər zaman yanır.

-Səma varsa, Günəş də var.

-Güllərin əksəriyyəti dibçəkdə və güldandadır, xüsusi qayğı ilə bəslənir.

-Bayram süfrələrinin hamısı qırmızıdır.

-Avtoportretlər sanki göy qurşağının üzərinə çizilib.

-Və batik deyilən bir gözəllik. İpək parça üzərində zərif toxunuşla həkk edilən qızılı naxışlar sanki kosmosa dağılan cisimlər və onların treyektoriyalarıdır. Və bu kosmosun gizlin guşəsində “M.” insialı.

Tanrı da nizam verdiyi dünyaya öz imzasını mütləq həkk edib. O imzanı görənlər Tanrını dərk edənlərdir.

Rəsmlərin çoxunda “M.” insialını gözlə görməsəm də, onun mütləq tabloda olduğunu duydum, bəlkə də, Məryəm o imzanı hansısa rəngin arxasında gizləyib. Önəmli olan bütün tablolardan “saf insan” adlı yaşıl xəttin keçməsini duymaqdır. Məryəmin yaratdığı və sahibi olduğu bu dünyaya ziyarət aldığım müsbət enerji ilə sona çatdı. Ziyarətim qəbul olundu, əminəm. 

Tanrı sizin də paralel dünyalara ziyarətinizi qəbul etsin!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub