Məsafə qısa, qiymət baha — Sərnişinləri narahat edən məqama aydınlıq gəldi

Məsafə qısa, qiymət baha — Sərnişinləri narahat edən məqama aydınlıq gəldi
SOSİAL
00:34 06.05.2026
637
Azərbaycanda onlayn sifariş və taksi xidmətlərindən istifadə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin vətəndaşlar xüsusilə pik saatlarda, yağışlı havalarda və ya məsafə qısa olsa belə qiymətlərin tez-tez dəyişməsindən narazılıq edirlər. Bəzən eyni marşrut üzrə bir neçə dəqiqə ərzində tariflərin fərqli olması istifadəçilərdə suallar yaradır. Kuryer xidmətlərində də oxşar vəziyyət müşahidə olunur, çatdırılma haqqı günün saatına, hava şəraitinə və sifariş sıxlığına görə dəyişir. Mövzu xüsusilə sosial şəbəkələrdə geniş müzakirə olunur.

AZXEBER.COM xəbər verir ki, Hüquqşünas Şamil Paşayev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan insanı uzun illər Sovet İttifaqı dövrünün iqtisadi təcrübəsindən keçdiyi üçün bir çox hallarda qiymətlərin dövlət tərəfindən tənzimlənməsinə üstünlük verir:

"Bu yanaşma xüsusilə tariflərin sabit saxlanılması və dövlət nəzarətinin güclü olması tələbi ilə özünü göstərir. Lakin bazar iqtisadiyyatı prinsiplərinə əsasən qiymətlər tələb və təklifə uyğun formalaşmalıdır. Pik saatlar, normal və aşağı tələbat dövrləri kimi fərqli zamanlarda qiymətlərin dəyişməsi iqtisadi baxımdan təbii hal hesab olunur. Müştəri tələbinin artdığı dövrlərdə qiymətlərin yüksəlməsi bir çox inkişaf etmiş ölkələrdə də tətbiq edilən praktikadır. Azərbaycanda isə bir qrup insan qiymətlərin dövlət tərəfindən tənzimlənməsini daha məqbul hesab edir. Bunun əsas səbəbi bazar iqtisadiyyatı mexanizmlərinin tam dərk olunmaması və keçmiş iqtisadi sistemdən qalan vərdişlərin hələ də düşüncələrdə qalması ilə izah edilir”.

O deyib ki, bazar iqtisadiyyatında isə qiymətlərin formalaşması əsasən azad rəqabət və bazar mexanizmləri ilə tənzimlənir:

"Bu yanaşmaya görə, dövlətin əsas funksiyası qiymətləri birbaşa müəyyən etmək deyil, rəqabət mühitini və ədalətli bazar şərtlərini təmin etməkdir. Məsələn, nəqliyyat və taksi xidmətlərində də qiymətlərin tələbə uyğun dəyişməsi bazar prinsiplərinə əsaslanan model kimi qəbul olunur. Bu sistemdə qiymətin sabit olmaması iqtisadi inkişafın qarşısını almır, əksinə resursların daha səmərəli bölüşdürülməsinə şərait yaradır. Bazar iqtisadiyyatında qiymətlərə birbaşa müdaxilə deyil, onların bazar mexanizmləri ilə formalaşması əsas prinsip kimi qəbul edilir və bu, iqtisadi inkişafın təbii tərkib hissəsi hesab olunur”.

Ekspert vurğulayıb ki, bu sistemdə dövlətin rolu qiymət qoymaq yox, azad rəqabət mühitini qorumaqdır. Taksi və nəqliyyat sektorunda tariflərin dəyişkən olması resursların daha səmərəli istifadəsinə imkan yaradır. Bu yanaşma iqtisadi inkişafın təbii hissəsi kimi görülməlidir. Bazar mexanizmlərinin işləməsi qiymətlərin sabitliyindən daha çox rəqabətin təmin olunmasından asılıdır.

Yəni, taksi və kuryer xidmətlərində qiymətlərin müştəri çoxluğuna və hava şəraitinə görə dəyişməsi bazar iqtisadiyyatının qanunudur və bu prosesə dövlətin birbaşa müdaxiləsi nəzərdə tutulmur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Bu müəssisələr qaydalara əməl etməsələr…”
16:30 05.06.2026
Özəl bağçalarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi – “Bu müəssisələr qaydalara əməl etməsələr…”
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
16:13 05.06.2026
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
16:04 05.06.2026
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
14:44 05.06.2026
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır