Məşhur idmançı 4 uşağı xilas edərkən göldə boğuldu - FOTO

Məşhur idmançı 4 uşağı xilas edərkən göldə boğuldu - FOTO
İDMAN
10:27 18.05.2026
293
Qırğız MMA dövüşçüsü Medet Zheenaliev faciəvi şəkildə həyatını itirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, 30 yaşlı idmançı göldə boğulmaq təhlükəsi ilə üzləşən 4 uşağı xilas etməyə çalışarkən suda boğulub.

Hadisə Qırğızıstanın İssık Göl bölgəsində baş verib.
 
Bildirilir ki, Medet Zheenaliev uşaqların köməyinə çatmaq üçün dərhal suya atılıb və onların hamısının xilas olunmasına nail olub.
 
Lakin o özü sudan çıxa bilməyib.

Xilasedicilər bir müddət sonra idmançının cansız bədənini sudan çıxarıblar. 

Xatırladaq ki, Medet Zheenaliev MMA aləmində tanınan idmançılardan biri idi.
 
Aysel
 

 

 


OXŞAR XƏBƏRLƏR