Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.
Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5” yaşayış kompleksində baş verib.
İlkin məlumata görə, Sezen Taş hələlik məlum olmayan səbəbdən binanın 14-cü mərtəbəsindən yıxılıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onun öldüyünü müəyyən edib.
Meyit məhkəmə-tibbi ekspertizanın aparılması üçün morqa yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
///unikal///











































