AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, İslandiya millisi üzərində qazanılan inamlı qələbə Messi üçün ikiqat yaddaqalan olub.
O, bu qarşılaşmada Argentina yığmasının heyətində özünün 199-cu rəsmi oyununa çıxıb və millidəki 117-ci qolunu vurub.
Yığmada qol vuran ən yaşlı oyunçu rekordu bundan əvvəl Anhel Labrunaya məxsus idi. Labruna 1957-ci ildə Braziliya millisinin qapısına yol taparkən 38 yaş 9 ay 10 günlüyündə idi. İndi isə bu rekord Messiyə keçib.
Xatırladaq ki, dünya çempionatına hazırlaşan son dünya çempionu Argentina yığması DÇ-2026-nın qrup mərhələsində Əlcəzair, Avstriya və İordaniya milliləri ilə üz-üzə gələcək.











































