Messi sərt xəbərdarlıq etdi

Messi sərt xəbərdarlıq etdi
İDMAN
02:30 18.11.2026
59
"İnter Mayami" klubunun hücumçusu Lionel Messi Argentina Futbol Assosiasiyasından (AFA) adının və görüntülərinin kommersiya məqsədilə istifadəsini dayandırmağı tələb etmək niyyətindədir.

39 yaşlı futbolçu federasiyanın Klaudio Tapiyanın rəhbərlik etdiyi idarə heyətinin fəaliyyətindən narazıdır.

Messinin nümayəndələri futbolçunun iştirakı ilə çəkilmiş fotoşəkillərin, videoların və digər materialların kommersiya məqsədilə istifadəsinin qadağan olunması tələbi ilə bağlı hüquqi bildiriş hazırlayırlar.

Münaqişənin səbəblərindən biri reklam tərəfdaşları ilə bağlı fikir ayrılığıdır. Belə ki, 2026-cı il dünya çempionatı zamanı AFA Argentina pivə istehsalçısına reklam kampaniyasında Messinin görüntülərindən istifadə etməyə icazə verib. Halbuki futbolçunun ABŞ-nin "Michelob" brendi ilə qüvvədə olan sponsorluq müqaviləsi var. Nəticədə argentinalı futbolçunun nümayəndələri beynəlxalq sponsor qarşısında izahat verməli olublar.

AFA ətrafında yaranan maliyyə qalmaqalları və federasiya rəhbərliyinin fəaliyyətində ehtimal olunan qanun pozuntuları ilə bağlı araşdırmalar da Messinin narazılığını artırıb.

Mətnə əsasən, Messi Argentina millisindəki çıxışını 2026-cı il oktyabrın 6-da başa vurub.

///oxu.az
OXŞAR XƏBƏRLƏR