Bu barədə AZXEBER.COM-a "Bakıkart"dan məlumat verilib.
Yeni funksionallıq istifadəçilərə ödənişlərini daha rahat izləməyə, əməliyyatların hansı marşrut və ya metro stansiyasına aid olduğunu daha asan müəyyən etməyə imkan verəcək. Bu isə ödəniş məlumatlarının daha şəffaf və anlaşıqlı təqdim olunmasına xidmət edir.
Qeyd edək ki, bu funksionallığın bir hissəsi ötən aydan etibarən Birbank mobil tətbiqində aktivdir. İstifadəçilər ödəniş qəbzlərində əməliyyatın aid olduğu marşrut xəttini və ya metro stansiyasını görə bilirlər.
Yeni yanaşmanın digər bank tətbiqlərində də tətbiqi sərnişinlərin ödəniş məlumatlarını daha rahat izləməsinə və əməliyyatları daha asan identifikasiya etməsinə imkan yaradacaq.












































