Metroda gediş haqqı artırılır? - Tarif Şurasından AÇIQLAMA

SOSİAL
17:23 29.07.2021
2474
"Bakı Metropoliteni”ndə gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət olunmayıb”.

Bu barədə Tarif Şurasından Modern.az-a bildirilib.

Məlumatda qeyd edilib ki, hazırda bu məsələnin müzakirəsi gündəmdə deyil.

Xatırladaq ki, Bakı metrosunda gediş haqqının artırılacağı barədə məlumatlar yayılıb. Bununla bağlı Tarif (qiymət) Şurasına müraciət olunduğu iddia edilir.

Hazırda metroda gediş haqqı 30 qəpikdir. 

OXŞAR XƏBƏRLƏR