Metrodakı uşağın anası...-Elçin Süleymanov

Metrodakı uşağın anası...-Elçin Süleymanov
KÖŞƏ
15:23 20.04.2017
2514

 

Daun Sindromundan əziyyət çəkən uşaqların əziz xatirəsinə...

Azər təzəcə evə çatmışdı, çox da yorğun görünürdü.Masasının arxasına keçib, oturdu.Stolun üzərindəki oxuduğu romanı vərəqlədi, gördü ki, bu romanı da 3 gün öncə bitirib. Sonra gözü stolun üzərindəki dəftərinə sataşdı.Arasında bir ədəd bahalı "Parker” qələmi vardı... Onu Azərə hədiyyə etmişdilər... O qələmə baxıb güldü.Sonra isə dolaba sarı yaxınlaşıb qələmi plaketlərin yanındakı qutusuna qoydu... Öz-özünə: "sən elə suvenirlərə yaraşırsan”-deyib, ehmalca çəkməcəni açıb, 20 qəpiklik sadə qəlimini götürüb yazmağa başladı...

O, sadə insan idi... Sadə insanlar, sadə həyatın gözəlliyini və çalarlarını görən ; mənəvi olaraq ən zəngin olan insanlar deyillərmi ?!

Elə təzəcə dəftəri açmışdı ki, baxdı ki yazısı da bitib...Mirzə Şəfi Vazeh demişkən "əmma” (amma mənasında) yenə də hekayələr bitmirdi.Elə tənqid ədəbiyyatnın hekayələri bitmir ki, bitmir... Azər bu gün rastlaşdığı "əmma” günaşırı yadından çıxara bilmədiyi o hadisəni gözlərinin önündən keçirirdi... Yazmağa başladı, özü də dəyəri 20 qəpiklik sadə qələmindən süzülən sadə mürəkkəbinin axıtdığı təmiz vicdanıyla ;

* Səhər tezdən Bakıda doğan günəş öz məhəbbəti ilə insanları isindirirdi. "Əmma” yenə tıxac gözləyən yollar Azəri narahat etmişdi.Başladı metroyla getməyə...Özü də çox tələsirdi...Metroya təzəcə daxil olmuşdu.Birdən qarşısında oturan Azərbaycan anasının qucağındakı təqribən 14 yaşlı yeniyetmə uşaq çığırmağa başladı. Yanındakı sərnişinlər uşağın qeyri-adi səslər çıxarmasından diksinərək uzaqlaşırdılar. Hamı uşağı "dəli” zənn edir, qeyri-adi baxışlarıyla qorxduqları sezilirdi...

Ağbirçək anası isə uşağı qucaqlayır, "yat, bala” –deyir, qıpqırmızı olmuş sifətiylə ətrafındakı insanlardan xəcalət çəkir, uşağa bir-iki sillə vurur, gözləri sulanırdı...

Uşağın qeyri-adi çığırtısına əslində isə o gözüyaşlı ana sillə vurmurdu!

İstəməyərkdən uşağına sillə vurmağa, bir ana kimiysə sifətinin qıpqırmızı olub, göz yaşı axıtmasına onun ətrafındakı insanlar məcbur edirdi.Bir ağbirçək ananın rənginin çuğundur rəngi almasına səbəb olansa, ətrafdakı insanlardılar! Birdən yeniyetmə uşaq əlini soyuqqanlılıqla yanında durmuş Azərin əlindən möhkəmcə tutdu... Azər onun əlinə-əl verib , səsi çığırmaqdan xırıldayan, iki kəliməni ard-arda düzüb qoşmaqda əziyyət çəkən, o uşağın başını sığalladı...

Çünki, o ananın övladına olan məhəbbətini, "əmma” ətrafdakıların yanlış baxışlarından xəcalət çəkməyə təhrik olan ananı anlamışdı Azər!

O ana Daun Sindromlu uşağın anası idi! Harada olursanızsa olun, qarşınızda gözləri qıyıq, danışmaqda əziyyət çəkən, məna çaları olmayan səslər çıxaran, uzun qulaqlı o günahsız uşaqları görsəniz bilin ki, onlar "dəli” deyil. Bu gün əgər Daun Sindromlu uşağın anası övladının zərərsiz olduğunu bilirsə, "əmma” ictimai iaşədəki cəmiyyətdə bəzilərinin bundan xəbərsiz olduğunu görüb, çuğundur rəngi alıb, göz yaşı axıdırsa, istəməyərkdən övladına bir-iki sillə vurursa, "yat –bala” deyirsə , bir ana kimi ürəyində isə ağrı çəkirsə, əslində günahkar bizlərik.Vurulan sillə əslində ananın övladına deyil, cəmiyyətin bilməyərəkdən o Daunlu uşağa vurduğu "sillə” idi.Məsələnin "əmma”sı burda idi... – deyə o fikirləşirdi

Bir "xəstəlik” olaraq eyniadlı alimin kəşf etdiyi bu termin 21-ci xromosom cütündə başverən disfunksiya nəticəsində genetik olaraq irsiyyətdə yaranır.

Azər balaca uşağın başını sığallayırdı, o təhlükəsiz ümidləri, arzuları olan "Daun” sindromlu uşağın anası isə azca da olsa, özünə təskinlik tapmışdı.Gözlərinə də inana bilmirdi, axı metroda onun uşağının zərərsiz Daun Sindromundan əziyyət çəkdiyini bilən bir Allahın qulu var idi...

Birdən metro dayandı: -"Milli Elmlər Akademiyası Stansiyası” –eşidilməyə başlandı.

Azərin əlindən möhkəmcə tutmuş çığıran Daunlu uşaq artıq rahatca anasının isti qucağında yatmışdı.Azər əlini ehmalca ayırıb, metrodan platformaya çıxdı...

Azər metrodan çıxarkən evəcən o Daun Sindromlu uşağın çıxardığı səsdən "çəkinən” və yaranan vəziyyətdən çuğundur rəngi alan o ananın istəməyərəkdən uşağına vurduğu o "sillələri” fikirləşirdi...

Evə çatanda isə elə yorulmuşdu ki, Azər! Elə sınmış, pisişmişdi ki Azər!Elə bil insanların metroda sərgilədiyi emosional tutumlarıyla, hələ ana bətnindəykən irsiyyət xromosomundakı patologiyadan yaranan, o zərərsiz uşağın istəməyərəkdən çıxardığı o səsə qarşılıq "vur, səsin kəssin, yoxsa bizi də öldürər” mənası aşılayan insanların və gözünün suyunu axıdaraq çuğundur rəngi alan , ağbirçək Azərbaycan anasının övladına istəməyərəkdən atdığı o "sillələr” elə bil təhqir olaraq birbaşa Azərə dəymişdi...

PS:Onların uzattığı əli geri çevirmə.İnan ki, o uşağı və valideynini mənəvi sıxıntıdan qurtarmış olarsan. Həyatda hər situasiyada pul gərək olmur. Azərin etdiyi o hərəkət bəlkə də o anaya xəzinə idi.Azər bilirdi o hədiyyə verir o əli, ona görə də uzatdı.Allah yanında xoş gedəcəyindən uzatdı.Uzat dostum, o əlini! Qayıtmaz boş

o əl! Necə deyərlər; "Balığı atdım dəryaya, balıq bilməsə də, xaliq biləcək” amma dərya bilməyəcək. Bil ki dost, bu dünyanı ancaq və ancaq insanlıq xilas edəcək...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”