Meymun kilsəyə qaçdı

DÜNYA
07:37 23.08.2012
1577
Ukraynanın Donetsk vilayətindəki Mariupol şəhərində fəaliyyət göstərən "Vaşurı" zooparkından Yaşa adlı yapon makakası qaçıb.
5 yaşlı meymun zoopark əməkdaşının qəfəsin qapısını bağlamağı unutmasından yararlanaraq aradan çıxıb.
Zooparka qayıtmaq istəməyən meymun kilsəyə üz tutub.
Kilsəyə gələn qocalar onu həvəslə yemləyirlər.
"Yaşa zoopark işçilərini tanıyır və onlardan qorxur. Deyəsən, o hiss edir ki, tutulan kimi qəfəsə salınacaq. O, indiyədək bir neçə dəfə qaçsa da, acan kimi qayıdırdı", - zooparkın direktoru Stepan Vaşura deyib.

OXŞAR XƏBƏRLƏR