"Midtüllan" və "Qarabağ"a vurulan qollar ən yaxşı seçildi

İDMAN
19:55 26.11.2021
242
UEFA Avropa Liqası və Konfrans Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.

Avropa Liqasında Portuqaliya "Braqa"sında çıxış edən Gelonun qolu azarkeşlərin sorğusuna əsasən birinci olub. Onun Danimarka "Midtüllan"i ilə matçın 85-ci dəqiqəsində endirdiyi zərbə baxımlı alınıb. Görüş "Midtüllan"ın qələbəsi ilə yekunlaşıb - 3:2.

Konfrans Liqasında isə Kiprin "Omoniya" klubunun futbolçusu Jordi Qomesin Bakıda "Qarabağ"a vurduğu qol ən yaxşı adına layiq görülüb. İspaniyalı oyunçu 90-cı dəqiqədə bərabərlik qoluna imza atıb = 2:2.

OXŞAR XƏBƏRLƏR