Mikayıl danışdı: Yeni verilişim "Gəldim e gəldim" adlanır

Mikayıl danışdı: Yeni verilişim "Gəldim e gəldim" adlanır
MAQAZİN
17:52 06.04.2021
812
Xəbər verdiyimiz kimi, tanınmış teleaparıcı Mikayıl Güləddinoğlu "Dünya TV"də işə başlayıb.
 
Yanvar ayında Space TV-dən ayrılan tanınmış teleaparıcı AZXEBER.COM-a açıqlamasında bildirib ki, "Dünya TV" rəhbərliyinin təklifini qəbul edib:

"Həftədə iki dəfə bazar ertəsi və cümə axşamı saat 19-21 arası "Gəldim e Gəldim” adlı veriliş ilə tamaşaçıların görüşəcəm. Verilişimə əməkdar və xalq artistləri dəvət olunacaq. Əminəm ki, uğurlu layihə olacaq.
 
Proqramın daxilində maraqlı rubrikalar və canlı musiqi olacaq".
 
Aparıcı bildirib ki, proqramın ideya müəllifi və redaktoru özüdür. Həmçinin "Gəldim e Gəldim”də xalq və bəstəkar mahnıları da səsləndiriləcək.
 
Nərmin Məmmədli

OXŞAR XƏBƏRLƏR