Matça çox fəal başlayan "Milan" artıq 1-ci dəqiqədə hesabı açıb. Daha sonra da üstünlüyünü davam etdirən ev sahibi ikinci hissədə fərqlənib. Bununla da kifayətlənməyən "Milan" "İnter"in qapısından 3-cü topu da keçirib və bütün dünyanın maraq dairəsində olan derbidə darmadağını rəsmiləşdirib və aradakı xal fərqini 5-ə çatdırıb.
Digər bir matçda isə "Breşiya" doğma divarlar arasında "Bolonya"ya üç qol vuraraq qələbə qazanıb.