"Milan" "Xəzər-Lənkəran"ı təbrik etdi

İDMAN
06:58 02.06.2011
1833


İtaliyanın dünya şöhrətli "Milan" Futbol Klubu "Xəzər Lənkəran"a Azərbaycan Kubokunu qazanması münasibətilə məktub yollayıb. Klubun vitse-prezidenti Adriano Qallianinin imzaladığı məktubda komanda bütün "Milan" ailəsi adından ölkə kubokuna üçüncü dəfə sahib çıxması münasibəti ilə təbrik edilir.

Qeyd edək ki, Qallianinin imzası ilə bir müddət əvvəl "Neftçi"yə də məktub daxil olmuşdu. Vitse-prezident paytaxt klubunu çempionluq münasibəti ilə təbrik etmişdi.

 

OXŞAR XƏBƏRLƏR