Millət vəkilindən azərbaycanlı tələbəyə hədiyyə

Millət vəkilindən azərbaycanlı tələbəyə hədiyyə
GƏNCLİK
23:30 06.03.2012
1749
Şimali Kiprin Doğu Akdeniz Universitetində təhsil alan həmvətənimiz Cəfər Mənsimi ictimai işlərinə görə təhsil haqqından azad edilib. Bu barədə AZXEBER.COM-a məlumat verən C.Mənsimi bildirib ki, o, kiçik yaşlarından ictimai işlərlə məşğuldur: “2009-cu ilin yanvar ayında Badamdar qəsəbəsində fəaliyyət göstərən Nəriman Nərimanov adına Kütləvi Kitabxanada “Asudə vaxt” qrupunu yaradıcısıyam. 2009-cu ilin dekabrından “Yeni İstedadlar” Uşaq və Gənclər Təşkilatının təsisçisi və sədri, 2009-cu ilin aprel-iyun aylarında “anayam.az” saytının baş redaktorunun müavini, 2010-cu ilin oktyabrından Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin üzvü və eyniadlı birliyin Uşaq və Gənclərlə İş Şöbəsinin müdiri olmuşam. Dövri məbuatda tez-tez yazılarım dərc olunur.” saytının baş redaktorunun m C. Mənsiminin sözlərinə görə, onun təhsil haqqından azad edilməsində millət vəkili Gülər Əhmədovanın da böyük rolu olub: “Bu yaxınlarda Gülər xanımın Şimali Kiprə səfəri zamanı onunla görüşdük. Ailəmin maddi imkanının burada təhsil almağıma imkan vermədiyini deputatımızın diqqətinə çatdırdım. Gülər xanım universitetimizin rektoru, professor Abdullah Öztoprakla görüşü zamanı bu məsələnin müzakirə olunacağına söz verdi. Məsələ də elə həmin görüşdə həll edildi. Beləliklə, universitetimizin “şərəf bursu”na layiq görüldüm. Fürsətdən istifadə edib, rektorumuz Abdullah Öztopraqa və millət vəkili Gülər xanım Əhmədovaya ailəm və öz adımdan dərin təşəkkürlərimi bidlirirəm”.
OXŞAR XƏBƏRLƏR