07:10 Bazar Ertəsi, 14 Oktyabr 2019
İDMAN

Reqbi üzrə dünya çempionatında maraqlı hadisə

20:35, 10.10.20196516
Reqbi üzrə dünya çempionatında maraqlı hadisə

Reqbi üzrə dünya çempionatında maraqlı hadisə baş verib.

Kanada yığmasının oyunçusu Con Larsen Cənubi Afrika ilə qarşılaşmada Tomas dyu Tuaya qarşı kobud oynadığı üçün meydandan qovulub. Rəqibə qarşı olduqca sərt oynadığını anlayan idmançı qarşılaşmadan sonra Cənubi Afrika yığmasının paltardəyişmə otağına gedib ki, üzr istəsin.

Orda Larseni alqışlarla qarşılayıblar. Hətta onu pivəyə də qonaq ediblər. Amma Larsen pivə içməkdən imtina edib və belə deyib:

"Mən sadəcə, gəlib sizdən şəxsən üzr istəmək istədim. Sizə sağlamlıq və qalan oyunlarda uğurlar arzulayıram".

 

Kanada turnirdə keçirdiyi hər 3 oyunda məğlub olub. Cənubi Afrika isə 1/4 finala vəsiqəni təmin edib.

 

goal.az

XƏBƏR LENTİ