“Mindən çox insan Atletlər kəndində saxlanılır” - İlham Əliyev

“Mindən çox insan Atletlər kəndində saxlanılır” - İlham Əliyev
SOSİAL
22:50 28.03.2020
1256
Prezident İlham Əliyev xüsusi karantin rejimində otelləri karantində saxlanılan insanların sərəncamına verən iş adamlarına minnətdarlığını bildirib.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı "Yeni Klinika”nın açılışındakı çıxışında görülən tədbirlərin vətəndaşları maksimum qorumaq məqsədi daşıdığını bildirib:

"Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq. Ona görə martın 14-də və ondan sonrakı tarixlərdə qəbul edilmiş qərarlar, karantin rejiminin tətbiq olunması, sabahdan etibarən yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi və onların qüvvəyə minməsi hesab edirəm ki, vəziyyətə uyğun atılmış addımlardır. Çünki biz birinci ölkələrdən idik ki, ali məktəbləri, məktəbləri, uşaq bağçalarını bağladıq, quru sərhədlərimizi bağladıq, aviareyslərin sayını kəskin azaltdıq. Hazırda cəmi iki istiqamət üzrə, özü də həftədə bir dəfə aviareyslər təşkil edilir. Bu aviareyslər ancaq Azərbaycan vətəndaşlarını ölkəmizə gətirmək rejimində işləyir. Onu da bildirməliyəm ki, bu günə qədər 10 mindən çox Azərbaycan vətəndaşı digər ölkələrdən ölkəmizə təxliyə edilib. Hazırda Azərbaycana gəlmiş hər bir insan karantinə yerləşdirilir. Hesab edirəm ki, bizim karantin üçün də gördüyümüz işlər nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır. O cümədən mindən çox insan Atletlər kəndində saxlanılır.

Fürsətdən istifadə edərək iş adamlarına bu otelləri ümumi işimizə təmənnasız təqdim etdikləri üçün minnətdarlığımı bildirmək istəyirəm. Onların arasında ölkəmizin ən böyük oteli olan "Bulvar Hotel” bu xəstəliklə mübarizə aparmaq üçün öz imkanlarını tamamilə təqdim etdi. "Qafqaz”, "Pullman” otelləri, bölgələrdə, o cümlədən Lənkəran şəhərində, Lerik şəhərində, bizim digər şəhərlərimizdə, Nabranda yerləşən otellər - yəni, bizim dörd, beş ulduzlu bütün əsas otellərimiz, istirahət zonaları karantində saxlanılan insanların sərəncamına verildi. Bundan başqa, bizim bəzi dövlət qurumlarının istirahət zonaları vardır, onlar da bu işə cəlb edildilər. Yəni, bir daha demək istəyirəm ki, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb. Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
10:26 02.07.2025
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
10:26 02.07.2025
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
10:11 02.07.2025
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
Məhəbbət Kazımovun doğum günüdür
10:11 02.07.2025
Məhəbbət Kazımovun doğum günüdür
ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib - FOTOLAR
10:03 02.07.2025
ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib - FOTOLAR