Mingəçevirdə "Tamstore” şəbəkəsinə məxsus mağazada yanğın olub.
AZXEBER.COM xəbər verir ki, yanğın hadisəsi şəhərin Ş.İ.Xətai küçəsində qeydı alın..b
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Baş vermiş yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənərək, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yanğın söndürülərək, ətrafdakı mağazalara keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.
\\qafqazinfo















































