Minlərlə misirli Qahirəyə doğru irəliləyir

Bütün Xəbərlər
19:46 31.01.2011
1695

Paytaxtın Təhrir meydanının yaxınlığında polis nümayişçiləri saxlayıb sənədlərini yoxlayır. Lakin qanun keşikçiləri kütlənin hərəkətinə mane olmurlar. Meydanda isə on minlərlə misirli "Mübarək! Hazırlaş, təyyarə səni gözləyir!" şüarlarını səsləndirirlər.

Müxalifətin planlarına əsasən, sabahkı etiraz aksiyasında bir milyondan artıq insan iştirak etməlidir.

Bu arada general Əhməd Şəfiqin yeni hökuməti Misir prezidentinə and içib. Gözlənilənlərin əksinə olaraq, nazirlərin çoxu vəzifəsində qalıb. Yalnız daxili işlər və maliyyə nazirləri dəyişilib.

 

OXŞAR XƏBƏRLƏR