Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldi - FOTOLAR

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldi  - FOTOLAR
HADİSƏ
11:54 25.06.2025
646
Belarusun paytaxtı Minsk şəhərində Belarus və Azərbaycan jurnalistlərinin iştirakı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr edilmiş "Azərbaycan və Belarus mediası: Birgə əməkdaşlığın pespektivləri” mövzusunda konfrans keçirilib. 

Görüşdə Belarus Jurnalistlər İttifaqının sədri, deputat Andrey Krivoşeyev, Belarus Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Aleksey Belyayev, Belarusun ən yüksək tirajlı qəzetlərindən olan "Veçerniy Minsk” qəzetinin baş redaktoru Yuliya Denişik, "Belarus 24” Televiziyasının baş direktorunun müavini Dmitriy Voronyuk, Belarus Milli Radiosunun direktor müavini Nadejda Lısenko, Belarusun ən məşhur blogerlərindən olan Vitali Xramsou, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, Editor.az informasiya portalının baş redaktoru Fərid Şahbazlı, ictimaiyyətlə əlaqələr üzrə fəlsəfə doktoru Müşfiq Hüseynov çıxış edib.

Konfransda Belarus və Azərbaycanın gənc jurnalist və blogerəri üçün press-turların təşkili, multimedia məzmununun mübadiləsi, ortaq layihələr müzakirə edilib. 

Hacıbəy Heydərli çıxışında qeyd edib ki, Azərbaycan və Belarus arasında bütün sahələrdə münasibətlər ən yüksək səviyyədədir: 

"Hər iki dost ölkə arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan və
Belarus beynəlxalq müstəvidə hər zaman bir-birini dəstəkləyən ölkələrdir. Bu münasibətlərin media sahəsində də çox böyük potensialı var. Belarus Jurnalistlər İttifaqı ilə bərabər biz iki ölkənin jurnalistləri və blogerləri arasında münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətindəyik. Eyni zamanda dezinformasiya və saxta xəbərlərə qarşı da birgə mübarizə aparacağıq”.

Tədbirdə çıxış edən Editor.az informasiya portalının rəhbəri Fərid Şahbazlı hər iki ölkənin media sahəsində əməkdaşlıq perspektivlərindən danışıb: 

"Bu gün media dünyada çox böyük gücdür. Belə bir yeniləşən dünyada informasiya təhlükəsizliyi, dezinformasiya və saxta xəbərlər ilə mübarizə, sosial medianın cəmiyyətə təsiri və bu kimi mövzular daha da aktullaşır. Hesab edirəm ki, hər iki ölkənin gəncləri bu görüş çərçivəsində, növbəti mərhələdə birgə konfranslar, təlimlər, dəyirmi masalar reallaşdırmalıdırlar".

Belarus Jurnalistlər İttifaqının sədri Andrey Krivoşeyev çıxışında bildirib ki, növbəti mərhələdə birgə media məktəbləri, bloqer layihələri və press-turlar baş tutacaq. 

Belarus Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Aleksey Belyayev qeyd edib ki, Azərbaycan ilə tələbə mübadiləsində maraqlıdırlar: 

"Bizim akademik mübadilələrdə iştirak etmək, yəni tələbələrimizi təcrübə keçmək üçün Azərbaycana göndərmək imkanlarımız var. Eyni zamanda azərbaycanlı tələbə-jurnalistlər ilə də ortaq layihələr həyata keçirə bilərik. Biz həmçinin professor-müəllim heyətinin mübadiləsində də maraqlıyıq”.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

















OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
12:25 11.10.2026
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı