Mirzə Şəfi Vazehin 220 illik yubileyi qeyd edildi - FOTOLAR

Mirzə Şəfi Vazehin 220 illik yubileyi qeyd edildi - FOTOLAR
MƏDƏNİYYƏT
12:48 07.10.2014
1686

Gəncə şəhər İcra Hakimiyyətinin və AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı  ilə Heydər Əliyev  Mərkəzində keçirilib.

Yüksək təntənə, qələbəlik,  birlik  və dostluq duyğuları ilə müşahidə olunan   III Beynəlxalq Şərab Festivalının unudulmaz anlarını yaşayan  Gəncə daha bir mühüm beynəlxalq  tədbir keçirdi. Əzəmətli Heydər Əliyev Mərkəzi ulu öndərin siyasi kursunun, onun ideyalarının  təntənəsi olaraq,  aktual və geniş əməkdaşlıq məsələlərinin müzakirə edildiyi,  ölkələrarası  əməkdaşlıq  əlaqələrinin  genişləndirilməsi,  dostluq və həmrəylik  münasibətlərinin  yaranmasına təkan verən nüfuzlu bir məkandır.

Konfransda  Rusiya,  Avstriya,  Almaniya, Orta Asiya, Hindistan, Türkiyə, Yaponiya, Mərakeş, Cənubi Afrika, Litva, Polşa, Fransa, Sloveniya və digər ölkələrdən 53 nümayəndə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, şəhər İcra Hakimiyyətinin rəhbərliyi, elm xadimləri, görkəmli şəxslər, ziyalılar iştirak ediblər.

Konfrans iştirakçıları öncə Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını ifadə edərək onun abidəsi önünə təravətli gül- çiçək dəstələri qoyublar.

Sonra tədbir iştirakçıları  Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli şairi Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş sərgiyə böyük maraqla baxıblar.

Beynəlxalq elmi-praktik  konfransı Gəncə şəhər  İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev giriş sözü ilə açaraq, konfrans iştirakçılarını salamlayıb.Onları   qədim Gəncə şəhərində görməkdən məmnunluq hissi duyduğunu bildirib. Qeyd edib ki, iki gün əvvəl ölkə paytaxtında IV Beynəlxalq Humanitar forum keçirilib. Həmin forumun iştirakçılarından bir qrupu bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçı  Mirzə   Şəfi  Vazehin  220 illik yubileyinə  həsr olunmuş  beynəlxalq  elmi- praktik konfransa gəlib.

Tədbirin şəhərin həyatında çox önəmli, əlamətdar hadisə olduğunu vurğulayan icra başçısı Elmar Vəliyev bu cür konfrans və forumların, görüşlərin humanitar əməkdaşlığa, bütün xalqların  dostluq və mehribanlıq şəraitində yaşamasına, müxtəlif sahələrdə yaranan problemlərin  birgə həllinə böyük töhfələr verəcəyini söyləyib: “ Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən müdrik, düşünülmüş siyasət xalqımıza yalnız uğur gətirir, haqqa-ədalətə, sülhə, əmin- amanlığa, firavanlığa xidmət edir”.

Elmar Vəliyev dahi mütəfəkkir şair Nizami Gəncəvinin anadan olmasının 870 illiyinin, görkəmli şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinin UNESCO-nun təşəbbüsü ilə beynəlxalq səviyyədə qeyd olunduğunu Azərbaycan ədəbiyyatının və mədəniyyətinin geniş təbliğində bu istiqamətdə keçirilən tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev “Millətlər və mədəniyyətlərarası dialoq”,  professor Akif Bayramov  “Mirzə Şəfi Vazeh yaradıcılığının tədqiqi məsələləri”  adlı məruzələrlə çıxış ediblər

Macarıstan Zeged Universiteti Orta Əsr Araşdırmaları Şöbəsinin müdiri, professor İştvan Zimoni, Tacikistan Elmlər  Akademiyasının Dil -Ədəbiyyat, Şərqşünaslıq və Yazılı İrs İnstitutundan tarix elmləri doktoru Lola Dodxudoyeva və başqalarının məruzələr ətrafında çıxışları dinlənilib.

Konfrans çərçivəsində qonaqlar şəhərimizin qədim abidələri , muzey və mərkəzləri  ilə tanış olub, Nizami Gəncəvi məqbərəsini, Cavadxanın məzarını ziyarət ediblər.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif